“KOB Dostu” ofislərində təcrübə qazanmaq istəyən gənclər üçün fürsət

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Quba, Qusar, Qəbələ, Xaçmaz, Masallı, Füzuli, Siyəzən və Yevlax rayonları üzrə “KOB Dostu” ofislərində təcrübə qazanmaq istəyən gəncləri könüllü fəaliyyətinə dəvət edir!

Könüllülük fəaliyyətinin müddəti 3 aydır və KOB Könüllüləri Proqramı-nı uğurla başa vuran gənclərə xüsusi sertifikat veriləcəkdir.

“KOB könüllüləri Proqramı”na qoşulmaq istəyən gənclər linkdə qeyd olunan müraciət formasını doldura bilərlər: http://smb.gov.az/volunteer

Bir cavab yazın

Back to top button
Close