KOBİA KOB dostu vəzifələri üzrə işə qəbul elan edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostu departamentinin Qazax, Daşkəsən, Göygöl, Gədəbəy, Beyləqan, Xızı, Balakən, Qax və Ağsu KOB dostu vəzifələri üzrə işə qəbul elan edir.

 

KOB dostu vəzifəsi üzrə əmək funksiyaları:

 

– fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

– regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

– sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparmaq;

– Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

– regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

– KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

– səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

– müvafiq tədbir və görüşlərin təşkil olunmasında aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək;

– qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

– ərazi üzrə zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

– departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Namizədə dair tələblər:

 

– Ali təhsil tələbi: İqtisadiyyat, hüquq və idarəetmə ixtisas qrupları;

– Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı;

– Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

– Vətəndaşların müraciətlərinə dair qanunvericilik bilikləri olmalı;

– Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və göstərdiyi dəstəklər haqqında məlumatlı olmalı (müvafiq məlumatları Agentliyin www.smb.gov.az rəsmi internet səhifəsindən əldə etmək olar).

 

Şərtlər: 

 

– Tam iş günü, iş qrafiki I-V günlər.

 

CV-lər (yalnız azərbaycan dilində) mövzu yerinə “KOB dostu (regionun adı)” yazaraq 30.11.2021-ci il tarixinə qədər [email protected] ünvanına göndərilməlidir. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibə mərhələsinə dəvət olunacaqdır.

Related Articles