28 Oktyabr 13:02

“Köhnə saat” / Cavid Əhədov

Cizgi filmi köhnə çəkiclə mismarın dostluğundan bəhs edir. Qəhrəmanlar “qocalıblar”, amma ruhən yaxınlıq əsasında əmələ gələn dostluq münasibətləri onları “cavanlaşdırır”. Köhnə saatın təmiri zamanı çəkiclə mismar əbədi və sarsılmaz dostluq həddinə çatırlar.

Cavid Əhədov (d. 1969, Bakı) – rəssam, cizgi filmi rejissoru və ssenarist.
Azərbaycan Rəssamlar İttifaqının və MDB ölkələrinin Kinematoqrafçıları İttifaqları Konfederasiyasının üzvüdür.

1988-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, sonra isə təhsilini Moskva Dövlət Televiziya və Radio Məktəbində ssenarist, kino rejissor və aktyor sənəti üzrə Fyodor Xitrukun studiyasında davam etdirmişdi.
Cavid Əhədov 1995-ci ildən “BİRLİK” animasiya studiyasında çalışır.
Rejissorun cizgi filmləri bir çox beynəlxalq festivallarda iştirak ediblər, o cümlədən TOFUZI Beynəlxalq Animasiya Filmləri Festivalı (Gürcüstan, Tbilisi, 2010); SVETLIY ANGEL Uşaq və Gənclər Festivalı (Rusiya, Moskva, 2012); SCHLINGEL Beynəlxalq Film Festivalı (Almaniya, Xemnits, 2013); ANIFILM Beynəlxalq Animasiya Filmləri Festivalı (Çexiya, Trebon, 2014); KROK Beynəlxalq Animasiya Filmləri Festivalı (Rusiya, Moskva, 2015). Rejissor 2013-cü ildə Ştutqartda (Almaniya) ssenaristlərin forumunda iştirak edib, bu il isə ERARTA Müasir İncəsənət Muzeyində (Sankt-Peterburq, Rusiya) yaradıcılığa həsr olunmuş seminarda çıxış etmişdir.

Cavid Əhədovun yaradıcılığına bir çox cizgi filmlər daxildir, o cümlədən:
“Mərhəmətin dadı” (2007, rejissor və quruluşçu rəssam), “Xeyirxah kirpi” (2009, quruluşçu rəssam), -“Fitnəçi milçək” (2011, quruluşçu rəssam), “Səmada şəkil” (2012, ssenari müəllifi və rejissor) və b.

Film Azərbaycan dilində ingilis altyazıları ilə nümayiş olunacaq.
Giriş sərbəstdir.

12074877_909201965814606_9089336393379023084_n

Bəyən və paylaş

Rəylər

rəy(lər)