Kommersiya üzrə analitik vakansiyası

Araz Supermarketlər Şəbəkəsi Kommersiya üzrə analitik vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Bakı şəh., Məhəmmədi qəs.
Vəzifə öhdəlikləri:
– Məlumatları toplamaq, qiymətləndirmək və təhlil etmək;
– Məlumatların təhlil etdikdən sonra praktiki tövsiyyələr hazırlamaq, düzgün proqnozlar vermək;
– Lazımi sənədləri, hesabatları vaxtında tərtib etmək və aidiyyatı olaraq təqdim etmək;
– Təhlil nəticələrinə uyğun istehsal fəaliyyətinin düzgün təşkil edilməsinə, digər əməkdaşların praktiki tövsiyyələrə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
– Digər vəzifə funksiyaları haqqında müsahibə zamanı bəhs olunacaq

Tələblər:
– Ali təhsil;
– Maliyyə və məlumat analitikası üzrə ən azı 1 il iş təcrübəsi;
– Rus dili biliyi mütləqdir (səlis danışıq və yazı);
– Yüksək səviyyədə MS Office bilikləri;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

Təminatlar:
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 6 günlük iş qrafiki
– Servis xidməti.
“Kommersiya üzrə analitik” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Bir cavab yazın

Back to top button