Bazar, 3 Avqust, 2025

Kommunikasiya üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 7 Mart, 2022 - 16:31
Kommunikasiya üzrə mütəxəssis vakansiyası

Dövlət Radiotezliklər İdarəsiKommunikasiya üzrə mütəxəssis vakansiyası üzrə namizədləri dəyərləndirir. Vəzifə öhdəliklər: • Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi; • İdarənin fəaliyyəti ilə bağlı xəbərlər, mühüm hadisələr haqqında əməkdaşların zamanında məlumatlandırılması; • Xarici və daxili kommunikasiyalar üçün mətnlərin yazılması və koordinasiyası; • Kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün müxtəlif görüşlərin və tədbirlərin keçirilməsi; • İdarənin fəaliyyəti ilə bağlı bu və ya digər məlumatların sosial şəbəkə və ya KİV-də yayılması ilə bağlı gündəlik monitorinqinin aparılması və bu barədə müvafiq qaydadarəhbərliyin məlumatlandırılması; • Müxtəlif layihələrin və tədbirlərin təşkili; • Daxili korporativ elanlar üçün mətnlərin yazılması; • İdarə əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işinin həyata keçirilməsi; • Saytın, sosial şəbəkə hesablarının idarəedilməsi; • Komunikasiya planının hazırlanması və icrası; • Sorğu və müraciətlərin cavablandırılması; • Press-relizlərin hazırlanması. Namizədə tələblər: • Ali təhsil (humanitar sahə üzrə) jurnalistika, kommunikasiya sahəsində ali təhsili olan (arzuolunandır); • Sahə üzrə ən az 2 il iş təcrübəsi; • Azərbaycan dilində mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları; • Rus və ingilis dilində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları; • Yüksək motivasiya və əla kommunikasiya bacarıqları; • Korporativ təlimlər vermək bacarığı; • Yüksək səviyyədə MS Office proqramlarında işləmə bacarığı; • Planlaşdırma və təhlil bacarığı, araşdırmalar aparmaq qabiliyyəti; • Çeviklik, təşəbbüskarlıq və diqqətlilik. Maraqlanan namizədlərdən CV-lərini 13 mart 2022-ci il tarixinədək mövzu hissəsində "Kommunikasiya üzrə mütəxəssis" qeyd etməklə elektron poçt vasitəsilə [email protected]ünvanına göndərmələrini xahiş edirik. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. __________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5480
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 918
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 322
“İnnovativ məktəb” l...