16 Yanvar 19:46

Kompüter elmləri və kompüter mühəndisliyi Departamenti , Müəllim Vakansiyası

Kompüter elmləri və kompüter mühəndisliyi Departamenti , Müəllim Vakansiyası .

Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsi Kompüter elmləri və kompüter mühəndisliyi departamenti 2019-cu il yaz semestri dövründə tam ştat və ya yarım ştat əsaslarla müəllimlər axtarır. Axtarılan namizədlərdən bu siyahıda göstərilən fənlərin tədrisi tələb olunur:

• Mühəndislikdə kompüterin tətbiqi; (Computer Application in Engineering);
• Təhsildə Kompüter tətbiqi (Computer Application in Education);
• İnformatikannın əsasları (Introduction to Computer Sciences);
• Verilənlər bazasını idarəetmə sistemləri (Database Management Systems);
• Əməliyyat sistemləri (Operating Systems);
• Multimedia dizayn (Multimedia Design);
• C proqramlaşdırma dili (C Programming Language).

Kompüter elmləri, kompüter mühəndisliyi sahələrində magistr və ya doktorluq dərəcəsi almış azərbaycanlı şəxslər müraciət edə bilərlər.

Maraqlananlar öz CV-lərini göstərilən bu ünvanlara göndərmələri rica olunur: [email protected], [email protected]

Son müraciət tarixi 2019-cu il yanvarın 31-dir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)