Çərşənbə, 2 İyul, 2025

"Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir


  • Dərc edildi: 12 Yanvar, 2022 - 14:51
"Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir

"Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edirik. ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir. “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması çərçivəsində aşağıdakı fənni tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək: 1.Datalogiyaya giriş (Introduction to Data Science)- məlumatlarla işləməyin müxtəlif yolları, məlumat toplusunun təhlilinin nəticələrinin vizuallaşdırılma üsulları, statistik, klaster və reqressiya təhlili metodlarından istifadə edərək proqram yazma və s.; Namizədlərə qarşı tələblər: 1.Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura); 2.Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi; 3.Azərbaycan dilində səlis ünsiyyət bacarıqları; 4.İKT resurslarından sərbəst istifadə bacarıqları; 5.İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları. Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq. Müraciət üçün son tarix: 19 yanvar 2022-ci il, saat 23:59 __________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 94
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 224
Məktəbəhazırlıq qrup...