“Konfliktlərin idarə edilməsi” seminarı

ROADWAY Consulting and Training Center “Konfliktlərin idarə edilməsi” seminarına start verir.

Tarix: 15 fevral, 2016-cı il
Vaxt: 14:00
Ünvan: World Business Center, S.Vurğun küçəsi 43

Mövzuya daxildir:

1. Konfliktlər haqqında ümumi anlayış;
2. Konfliktə aparan yol: stres, frustrasiya, krizis, konfliktin başlanması;
3. Konfliktlərin növləri: Psixoloji, Sosial, Təşkilati;
4. Konflikti yaradan amillər: Problem, Konfliktli hadisə, Konfliktin iştirakçıları, İnsident, Aktiv proses
5. Konfliktin tipləri;
6. Konfliktin yaranma səbəbləri;
7. Konflikti kəskinləşdirən faktorlar;
8. Konflikti zəiflədən faktorlar;
9. Konfliktin istiqamətləri: Horizontal, Vertikal, Qarışıq;
10. Konfliktin tərkibi;
11. Konfliktlərin sızması;
12. Konflikt zamanı istifadə edilən tərzlər;
13. Konfliktlərin analizi;
14. Konfliktlərin idarə olunmasında taktika və metodlar.

İştirakçılar nəyi öyrənəcək?

➢ Konfliktlər haqqında dolğun məlumat əldə edəcək;
➢ Şəxsi və iş həyatınızda yaranan konfliktləri istədiyiniz istiqamətə yönləndirə biləcək;
➢ Manipulyator , Aqressorlara qarşı mübarizə aparmaq üçün xüsusi texnikalar əldə edəcək;
➢ Dağıdıcı konfliktləri , qurucu konfliktlərlə əvəz edə biləcək;
➢ Konflikt zamanı qarşı tərəfin hansı tərzdən istifadə etdiyini təyin etmə texnikaları əldə edəcək;

Seminara daxildir:

➢ Seminarın əvvəlində və sonunda diaqnostik test;
➢ Təlimçinin təqdimatı;
➢ Komanda çalışması;
➢ İştirakçıların şəxsi təqdimatları;
➢ Rollu oyunlar;
➢ Mövzuya uyğun video görüntülərin analizi.

Təlimçi: Sahil Novruzov

Sahil Novruzov bakalavr təhsilini “Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası”nda almışdır. Magistr elmi dərəcəsinə Türkiyədə “Uludağ Universiteti”nin “İqtisadiyyat və Siyasi İdarəetmə” sahəsi üzrə yiyələnmişdir. Sahil bəy Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdində təşkil olunmuş “Bədən Dilinin Təhlili” üzrə kursun məzunu olmuş və bu sahə üzrə ixtisaslaşaraq təlimçilik hüququ əldə etmişdir. 3 ilə yaxın bank sektorunda “Kreditlərin Analizi” sahəsində çalışmışdır. 2010-2015-ci illər ərzində “SOS Kinderdorf” adlı təşkilatda “Gənclərin İnkişafı üzrə Məsləhətçi” vəzifəsində çalışmışdır. Eyni zamanda ROADWAY Consulting and training centerin qurucusudur. Sahil Novruzov təlimçi olmaqla bərabər uğurlu bir iş adamıdır.

Dil: Azərbaycan dili
Seminarın qiyməti: Ödənişsiz

Qeydiyyatdan keçmək üçün zəng edə bilərsiniz.

012 4804811

Bir cavab yazın

Back to top button