3 Avqust 17:22

Konfrans: Erkən nikahın fəsadları

Yaşıl Elm və Bakı Gənclər Mərkəzinin birgə hazırladığı “Erkən nikahın fəsadları” tədbirinə hər birinizi dəvət edirik.

Tədbirin keçirilməsində əsas məqsəd erkən nikah və onun yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdırmaq, bu sahədə məsuliyyəti artırmaq və bu problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər etməkdir. Tədbir cəmiyyətdə bu cür nikah münasibətinə meyilliliyin artması məsələləri müzakirə edəcək, bunun qarşısının alınması ilə bağlı hansı işlərinin həyata keçirilməsinin vacibliyi vurğulanacaq.

Bunun üçün də tədbir hüquqşünas Şamil Paşayev, gender

-aktivist Lalə Mahmudova, psixoloq Vəfa Əkbər, həkim-ginekoloq Rəşad Sultan, sosioloq Sahib Altayın iştirakı ilə baş tutacaq. Tədbirə dəvət edilən mütəxəssislər auditoriyanın suallarını cavablandıracaq. Tədbirdə iştirak sərbəstdir.

Tarix: 18 avqust 2019 / Saat 15:00

Ünvan: Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35A, Heydər Əliyev adına istirahət parkının daxilində Ünvana Nefçilər metrosundan 35, 57, 40, 49 nömrəli avtobuslarla gələ bilərsiniz. Məkan Aygün City-nin, ASAN Xidmətin və Sabunçu rayon icra hakimiyyətinin yanında yerləşir.

Əlaqə: 0517147111 Üzeyir Ağazadə

Bəyən və paylaş

Rəylər

rəy(lər)