Kontent marketing və PR. Fərqləri nədir?

Kontent marketing və PR terminlərini eşitdikdə dərhal fərqi hiss etməyə bilərik. Çünki hər ikisinin başlıca vəzifəsi brendin tanınması, müştəri loyallığının artması və onlarla uzunmüddətli münasibətlərin yaradılmasıdır. Kontent marketing PR-in bir hissəsidir desək, yanılmarıq. Daha doğrusu Digital (rəqəmsal) PR-ın bir hissəsi. Bir sözlə məqsəd eynidir, taktikalar isə fərqli.

PR-dan danışırıqsa, o auditoriyada obyekt (brend, xidmət, şəxsiyyət, şirkət, məhsul və s) barədə müsbət obraz və fikir yaradır. Nəticədə obyekt istəkli, lazımlı və tanınan olmalıdır.

Kontent marketinq isə müştərinin problemini həll etməyə çalışaraq ona onların həlli yollarını izah edir.

Misal üçün PR:

No alt text provided for this image

Kontent marketinq isə budur:

No alt text provided for this image

Kontent marketinqin əsas işi auditoriya üçün öyrədici kontent yaradaraq, obyekti (brend, xidmət, şəxsiyyət, şirkət, məhsul və s) ictimaiyyət arasında ekspert və fikir sahibi kimi etməkdir. Bu bir növ auditoriyanı obyektə bağlamaq deməkdir.

Ənənəvi PR-ın əsas alətləri press reliz, məqalə, müsahibələrdirsə, kontent marketinq bloqlar, video, trendlər barədə materiallar, infoqrafiklər hazırlamaqla məqsədinə çata bilir.

Hər ikisi obyektin tanınması, onun haqqında müsbət obrazın yaradılmasına çalışır. Buna görə PR və kontent marketinqi qarşı qarşıya gətirmək deyil onları bir araya gətirib düzgün kommunikasiya strategiyasını quraraq daha effektiv nəticələr əldə etmək olar.

Alina Khalafova

Bir cavab yazın

Back to top button