Cümə axşamı, 21 Avqust, 2025

Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə Xalqların Birgəyaşayış İmkanları Simulyasiya Oyunu keçirilib


  • Dərc edildi: 24 May, 2022 - 10:16
Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə Xalqların Birgəyaşayış İmkanları Simulyasiya Oyunu keçirilib

Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə Xalqların Birgəyaşayış İmkanları Simulyasiya Oyunu keçirilib.   Layihənin ilkin mərhələsindən oyun müəllifləri Almaniyanın CRISP təşkilatının təlimləri və mentorluğu ilə “Oprys” Sosial Simulyasiya Oyununu hazırlamış, oyun ikinci mərhələdə geniş auditoriya tərəfindən oynanılmışdır. Oyunun açılış hissəsində Könüllü Gənclər Birliyinin sədri, layihə rəhbəri İlkin Əliyev tədbir iştirakçılarına, qonaqlara və media nümayəndələrinə layihənin məqsədi və simulasiya oyunu barədə ətraflı məlumat verdi və oyun gənclərin aktiv iştirakı ilə davam etdi.   25 nəfər gəncin iştirak etdiyi oyunda xalqların birgəyaşayışı, fərqli etnik qrupların birlikdə yaşaması üçün qaydaların hazırlanmarı, icmalararası danışıqlar simulyasiya edilib. Layihə sonunda iştirakçılar öz obrazları çərçivəsində Birgəyaşayış Təklif Planı tərtib etdilər. İştirakçılar sertifikat və diplomlarla təltif edilib.   Layihə Avropa İttifaqının ‘Stabillik və Sülhə Yardım’ (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilmişdir.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 91
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7068
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1826
Azərbaycan Texnologi...