29 Dekabr 09:12

Könüllü işləmək istəyənlərin nəzərinə!

Könüllü işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnnovativ Biznes İnkubator (İBİ) könüllü əsaslarla işləmək arzusunda olan tələbə (magistr) və gəncləri əməkdaşlığa dəvət edir.

Namizədə tələblər:

-Təcrübəyə tam gün (09:00-18:00) cəlb olunmaq imkanı olan; -Azərbaycan dilini əla bilən; -Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan; -Dəqiq, məsuliyyətli və məqsədyönlü; -Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ, yaradıcı.

Könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İBİ tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Müraciət etmək istəyən aktiv gənclər, öz CV formanız ilə birlikdə Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1 ünvanına həftəiçi hər gün saat 14:00-18:00 aralığında yaxınlaşa bilərsiniz.

Bizimlə əlaqə: Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1 Tel/Fax: (+99412) 492 31 21 Mob/Wp: (+99450) 856 02 01 E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)