28 Noyabr 16:35

Könüllü işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnnovativ Biznes İnkubator (İBİ) könüllü əsaslarla işləmək arzusunda olan tələbə (magistr) və gəncləri əməkdaşlığa dəvət edir.

Namizədə tələblər:

-Təcrübəyə tam gün (09:00-18:00) və ya yarım gün (09:00-15:00/15:00-19:00) cəlb olunmaq imkanı olan;

-Azərbaycan dilini əla bilən;
-Əla ünsiyyət qurma və təqdimetmə bacarığına sahib olan;
-Sözdə deyil də əməldə son dərəcə dəqiq, məsuliyyətli və məqsədyönlü;
-Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ, yaradıcı;

-Eyni  anda bir neçə iş yerində işləməyən insan.

Könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İBİ tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Uğurlu karyeranızın başlanğıcını bizimlə qurun!

Müraciət etmək istəyən aktiv gənclər, öz CV formanız ilə birlikdə Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1 ünvanına həftəiçi hər gün saat 14:00-18:00 aralığında yaxınlaşa bilərsiniz.

Bizimlə əlaqə:

Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1
E-Mail: [email protected]
Tel: 492 40 78
492 31 21

Bəyən və paylaş

Rəylər

rəy(lər)