"Könüllü Layihə Koordinatoru" üzrə komanda yoldaşı axtarır

"Dəstəkçi" Sosial Sahibkarlıq Platfoması "Könüllü Layihə Koordinatoru" üzrə komanda yoldaşı axtarır Layihə, İnnovasiya, Startup mənim sahəmdir deyənlər axıra qədər oxuya bilər. Azərbaycanda öz sahəsində yenilikçi layihə olan "Dəstəkçi" sosial sahibkarlıq platformasında yaradıcı komandamızın bir parçası olacaq, təşkilatçılıq bacarıqları yüksək, layihələrlə arası yaxşı olan, aktiv, motivasiyalı, özünü inkişaf etdirmək və təcrübə əldə etmək istəyən Könüllü Layihə Koordinatoru axtarırıq. Kimləri axtarırıq: - Araşdırmağı sevən - İdeyalarla dolu - Təşkilatçılıq bacarıqları yüksək olan - Layihə, innovasiya kimi ifadələri görüncə bir ayrı həyəcanlanan - Sosial sahibkarlıq, sosial innovasiya, sosial və ətraf mühit mövzularına maraqlı olan -Yaradıcı düşünənləri Bəs siz bizimlə işləməkdən nə qazanacaqsınız: - Yaradıcı və təşəbbüskar komandanın bir parçası olma - Şəxsi və peşəkar inkişafınız üçün imkan - Uğurlu networkinq əlaqələri İş şəraiti- Freelancer Qeyd: Biz sizdən təcrübə tələb etmirik, təcrübəni biz sizə qazandırırıq. Komandamızın dəyərli bir üzvü olmaq istəyən şəxslər, öz CV və Niyə O Ən Uyğun Namizəddir? sualına cavabı ilə birlikdə[email protected]elektron poçt ünvanına başlıqda "Layihə Koordinatoru" qeyd edərək göndərə bilərlər Son müraciət tarixi: 15.05.2022
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az