27 İyun 18:55

Könüllü Olmaqla Nə Qazanaram?

Könüllü Olmaqla Nə Qazanaram?

Müasir dövrümüzdə mətbuatda, ictimai təşkilatlarda və eləcə də gündəlik həyatımızda könüllülük anlayışına tez-tez rast gəlirik. Bu məqalə könüllülük anlayışı haqqında, könüllülük nədir? insanlar nə üçün könüllü olaraq hər hansı bir işdə çalışırlar? əgər könüllü olsan nə əldə edə bilərsən? – bu kimi suallara cavab tapmaqiniza kömək olacaq.

Bildiyimiz kimi, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə gənclərinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində ardıcıl islahatlar aparılır. Könüllü müəyyən səbəblərdən başqalarının xeyri üçün ödənişsiz olaraq işləyən şəxslərdir. Könüllülük ürəkdən gələn bir hisdir. Elə bir hiss ki, sən bunun müqavilində heç nə tələb etmirsən, nece ki gündəlik həyatda hər birimiz könlümüzdən gələn yaxşılıq və hörmət hislərini yerinə yetiririk. Niə insanlar könüllü olmaq istəyir? İnsan psixologiyasından asılı olaraq cavab axtaracağımız sualın cavabına da müxtəlif aspektdən yanaşmaq olar. Uzun müddət öz şəxsi iş təcrübəmdən və ətrafımdakı insanların könüllü olmaq istəməklərinin səbəblərinə diqqət yetirmişəm. Həmən səbəblər bunlardır, bəzi insanlar özlərinin taninmasini istəyir, bəziləri yeni dostlar qazanmaq istəyir, müəyyən təcrübə qazanmaq istəyir, görülən işlərin əyləncəli olduqu üçün, inandığı hər hansi bir işə dəstək olmaq isteyi, özünü ehtiyac duyulan biri kimi görmək istəyi və.s  Növbəti sual: Əgər könüllü olsan nə əldə edə bilərsən? Könüllülər işlədikləri müddətdə heç bir maddi qazanc əldə etməsələr də, onların mənəvi qazancları çox olur. Könüllülər çoxlu sayda könüllüylə tanış olur və mütləq şəkildə bir-birilərinə yardım etməklə çalışarkən ən möhkəm dostluqların təməlini qoyurlar. Komanda ruhu yüksəlir, siz artiq komanda ilə professional şəkildə işləməyə hazir olursunuz, gələcək karyeranızda sizə kömək olacaq təcrübəni qazanırsınız, sizin CV-niz , tərcümeyi-halınız daha dolğun və seçilən olur, proqramdan asli olaraq dil biliklərinizi inkişaf etdirirsiniz. Ən əsasi siz özünüzdə yeni xüsusiyyətlər kəşf etməklə dünyanın ən xoşbəxt insanı olursunuz. Bununla da şəxsi inkişafınıza böyük töhfələr verirsiniz.

Sonda bunuda qeyd etmek istəyirəm mən özümdə çox könüllülük proqramlarinda olmuşam növbəti məqalələrimdə onlar haqqinda daha ətrafli məlumatlar verəcəm. Könüllülük zamanı qazandığım dostluqlar, təcrübələr maddiyyatdan daha önəmlidir mənim üçün. Bəzən maddiyyat önəmli rol oynamır insan həyatinda, çalışın ruhunuz zəngin olsun.

Cordano Bruno – un yaxşı sözü var: ‘Zəhmətin üstün gəlmədiyi heç bir şey yoxdur.’ Həyatda hər şeyin üstəsindən gəlmək üçün zəhmət çəkmək lazimdir.

ƏLİ MƏMMƏDOV – ADA universitetinin tələbəsi

Bəyən və paylaş

Rəylər

rəy(lər)