19 Noyabr 17:22

Könüllü vakansiya

Könüllü işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnnovativ Biznes İnkubator (İBİ) könüllü əsaslarla işləmək arzusunda olan tələbə (magistr) və gəncləri əməkdaşlığa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər müxtəlif sektorlarda 3 ay müddətində təcrübə keçmək imkanı qazanacaqlar.

İşin təsviri:

-Tələbələrin qeydiyyata alınması;
-Cədvəllərin qurulması;
-Kursların, təlimlərin və seminarların təşkil olunması;
-Elan mətnlərinin və afişalarının hazırlanması;
-Gün ərzində saytda və sosial şəbəkələrdə lazımi məlumatları yerləşdirmək və
onlara nəzarət;
-Telefon zənglərinə cavab vermək;
-Daxil olan və çıxan e-mailləri nəzarətdə saxlamaq və cavablandırmaq;
-Müştəriləri qəbul etmək və xidmətlər barədə ətraflı informasiya vermək, onlarla
müntəzəm işləmək;
-Sifarişlərin istiqamətləndirilməsi;
-Müvafiq sənədlərin tərtibi və arxivləşdirilməsi.
Namizədə tələblər:
-Təcrübəyə tam gün (09:00-18:00) cəlb olunmaq imkanı olan;
-Azərbaycan dilini əla bilən;
-Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan;
-Dəqiq, məsuliyyətli və məqsədyönlü;
-Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ, yaradıcı.

Könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İBİ tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.
Müraciət etmək istəyən aktiv gənclər, öz CV formanız ilə birlikdə Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1 ünvanına 28.11.2015 tarixinə qədər həftəiçi hər gün saat 14:00-18:00 aralığında yaxınlaşa bilərsiniz.

Bizimlə əlaqə:
Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1
Tel/Fax: (+99412) 492 31 21
Mob/Wp: (+99450) 856 02 01
E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)