Cümə axşamı, 21 Avqust, 2025

“Könüllülər Proqramı"na start verilir


  • Dərc edildi: 11 Sentyabr, 2021 - 10:53
“Könüllülər Proqramı"na start verilir

Azərbaycan Gimnastika Federasiyası, 2021-ci ilin noyabr ayında Bakıda keçirilməsi planlaşdırılan Batut gimnastikası üzrə Dünya Çempionatı (18-21 noyabr) və Dünya Qrupları Yarışlarının (25-28 noyabr) təşkili üçün ilkin hazırlıq işlərinin görülməsi məqsədilə “Könüllülər Proqramı"na start verir.
Könüllülər proqramına seçilən şəxslər paytaxtımızda keçiriləcək sözügedən yarışlarda könüllü kimi fəaliyyət göstərərək dil biliklərini inkişaf etdirəcək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.
Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaqdır.
Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi Beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Belə ki, könüllülər yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, komandalara dəstək, mükafatlandırma xidməti, tibb xidməti, texniki dəstək, nəqliyyat xidməti və digər sahələr üzrə fəaliyyət göstərmək imkanları qazanacaqlar.
“Könüllülər Proqramı” layihəsinə qatılmaq istəyən şəxslər 25 sentyabr 2021-ci il tarixinədək aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.
Qeydiyyat üçün linkə daxil olun: https://bit.ly/3C1S5sy

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...