19 Fevral 15:51

“Könüllülük Akademiyası 3”(GəncLiderlərimİZ) layihəsi

Binəqədi Gənclər evinin təşkilatçılığı ilə həyata keçirilən “Könüllülük Akademiyası2”(GəncLiderlərimİZ) layihəsi yekunlaşıb.

Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar olaraq   Binəqədi Gənclər Evinin strateji fəaliyyətləri ilə bağlı proqramları davam edir!

             28 oktyabr 2019-ci il -28 yanvar 2020-cu il tarixində Binəqədi Gənclər Evinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı ilə Binəqədi Gənclər Evində “Könüllülük Akademiyası 2 ”(Gənc LiderlərimİZ)  layihəsi keçirilib.

Layihə ümumilikdə 300-dən çox gənci əhatə edib.

Seçilən 40 aktiv könüllü Binəqədi Gənclər Evinin müxtəlif departamentlərində(İctimaiyyətlə əlaqələr və PR&SMM, Xarici əlaqələr, Layihələr, Kadr inzibatçılığı, Təsərrüfat) 30-dan çox nəzəri və praktiki təlim və seminarlarda iştirak edib, öz liderlik və idarəetmə biliklərini praktik olaraq artırıb!
Layihə müddətində aktiv olan gənclər “Həftənin Könüllüsü” və “Ayın Könüllüsü” olaraq mükafatlandırılıb.
Qeyd edək ki, 02.02.2020 tarixində “2 fevral- Azərbaycan Gəncləri Günü” münasibəti ilə Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən “GəncLİK üçün Danış!” forumunda “Könüllülük Akademiyası 2” layihəsinin möhtəşəm bağlanış mərasimi olub. Layihə ərzində fəaliyyəti ilə seçilən iştirakçılar rəsmilər tərəfindən xüsusi sertifikatlar ilə mükafatlandırılıb!

“Könüllülər ili” 2020 çərçivəsində layihənin  davamı olaraq “Könüllülük Akademiyası 3”(Gənc LiderlərimİZ) layihəsi  başlayacaq. Layihə 3 ay müddətində 70 könüllü gənc ilə  davam edərək onların maraqlarına tam olaraq xidmət edəcək.

Layihənin məqsədləri:

1.Prezident İlham Əliyevin “Könüllülər ili” sərəncamı çərçivəsində Könüllülük hərəkatı genişləndiriləcək ;

2.Binəqədi Gənclər Evinin fəaliyyətində gənclərin imkanları və rolu artırılacaq;

3.Müvafiq qurumlar tərəfindən keçirilən gəncyönümlü tədbirlərdə və fəaliyyətlərdə  gənclərin inkişaflarına yeni töhfələr verməyə imkan yaradılacaq ;

4.Gənclərə müasir dövrümüzlə əlaqədar zəruri bilik və bacarıqlar ötürüləcək,özlərini  inkişaf etdirməsi və həmçinin asudə vaxtlarının əyləncəli və səmərəli  keçirilməsi təşkil olunacaq .

Gənclər həmçinin layihə müddətində  fərdi layihələrini həyata keçirmək şansı qazanacaqlar. 3 ayı müvəffəqiyyətlə başa vuran könüllülər  xüsusi diplomlarla mükafatlandırılacaq.

Qeyd edək ki, layihədə 14-29 yaşını əhatə edən yeniyetmələr, bakalavr və magistratura təhsili alan tələbələr, məzunlar qeydiyyatdan keçməklə qoşula biləcəklər.

QEYDİYYAT linki: LİNK

Son qeydiyyat tarixi: 20 fevral, saat 18:00

☎ Əlaqə nömrəsi: (012) 561 92 02

📲 Mobil & WhatsApp: (055) 423 92 02

 

Ünvan: Binəqədi Gənclər Evi 🏠 (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 13/37)

Bəyən və paylaş