27 Fevral 17:44

Könüllülük Proqramına Qeydiyyat başladı

Biz uşaqların həyatında davamlı müsbət dəyişikliklər yaradırıq

İdeyaların layihələrə, layihələrin reallığa dönüşməsində iştirak etmək, layihərin yazılmasında və idarə olunmasında layihə menecerləri kimi ixtisaslaşmaq istəyənlərin nəzərinə

Yeni bacarıqlar əldə etmək, iş şəraitində yeni səriştələrə yiyələnmək, təcrübə mübadiləsində iştirak etmək və ən əsası ölkənin uşaq siyasətinə verilən töhfədə paya sahib olmaq istəyən könüllülərdən biri Siz ola bilərsiniz❗

Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin fəaliyyətində iştirak etmək istəyən iddialı, kreativ, təşəbbüskar gənclər qeydiyyatdan keçə bilər.

📌Könüllülər ilkin mərhələdə sosial sahələri əhatə edən layihələrin reallaşdırılmasında yaxından iştirak edəcək.
3 ay könüllük fəaliyyətini uğurla bitirdikdən sonra birliyin icracı strukturlarında rəhbər kimi könüllü fəaliyyətini davam etdirmək və əməkdaş olaraq da çalışa bilərlər.

Kimlər müraicət edə bilər?

✔İşgüzar yazışma sahəsində nəzəri və ya praktiki biliklərə sahib olmaq istəyənlər;

✔Layihələrin yazılmasında və ya idarəedilməsində, təşkilatçılıq və idarə etmədə təcrübəsi qazanmaq istəyənlər;

✔Foto və videoqrafiya sahəsində bilik və bacarıqlarını nümayiş etmək istəyənlər;

✔Fiziki məhdudiyyətli uşaq və yeniyetmələr ilə işə maraqlı olan və ya təcrübə qazanmaq istəyənlər;

✔Surdo- tərcüməçiliyini inkişaf etdirmək istəyənlər;

✔İT, proqramlaşma və bu kimi istiqamətlərə xüsusi marağı olanlar;

✔Mədəniyyət və incəsənət fəaliyyətini əhadə edənlər;

✔Xüsusi rəsm qabiliyyəti olan şəxslər.

Qeydiyyatdan keçən şəxslərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaq.

Qeydiyyat linki: http://bit.ly/uydmf

📠 +994556074049
📧 [email protected]

Bəyən və paylaş