#
12 Fevral 15:14

Kopirayter vakansiyası

Vakansiya: Kopirayter

İş qrafiki: 09:00-18:00/bazar ertəsi-cümə

İş barədə ümumi məlumat:

– Reklam üçün video və audio çarxların yazılışı;
– Kreativ düşünmə və marka konseptinə uyğun mətn hazırlamaq, inkişaf etdirmək və məzmunun davamlılığını təmin etmək;
– Reklam üçün yaradıcı mətnlərin və məhsullara dair sloqan, adların hazırlanması;
– Müştəri tərəfindən verilmiş mətnlərin redaktəsi, korrektəsi və yenilənməsi;
– Reklamın informasiya dolğunluğunu təmin edilməsi;
– Görülən işlərin (sloqanların, adların, ssenarilərin, mətnlərin və konseptlərin) müştəriyə təqdimatının təşkil edilməsi;
– Görülmüş işlər haqqında hesabatın tərtib edilməsi.

Namizədə tələblər:

– Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili yüksək səviyyədə, rus dili ən az orta səviyyə;
– MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
– Təşəbbüskarlıq və kreativlik keyfiyyətləri;
– Ünsiyyətcil, komandada hər kəslə dil tapa bilən;
– Təqdimat və təhlil etmək bacarığı;
– İşdə dəqiqlik və hər xırda detalı gözdən qaçırmayan.

Əmək haqqı: Razılıq əsasında

Özündə kreativ ruhu görən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (CV – Edumap.az Kopirayter) göstərməyiniz xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)