Koreya Respublikasında 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikasında 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikası 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir.

Təqaüd proqramı bakalavriat səviyyəsi üzrə elan edilib. Proqramda iştirak etmək istəyənlər üçün son müraciət tarixi 13 oktyabr 2020-ci il nəzərdə tutulub.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Koreya Respublikası 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir
Ölkə: Koreya Respublikası
Təhsil səviyyəsi: bakalavriat
Yaş həddi: 25 yaşdan aşağı (1 mart 1996-cı il tarixindən sonra)
Təqaüd müddəti: 5 il (1 il koreya dili kursu və 4 il bakalavriat);
Kvota: 1 nəfər
Maliyyələşmə: aylıq təqaüd, təhsil haqqı, dil kursu, təhsil müddəti ərzində 1
dəfə (giriş-çıxış) aviabilet xərci, tibbi sığorta, tədqiqat xərcləri.
Dil biliklərinə
üstünlük verilir: ingilis dili (TOEFL/ IELTS/ TOEIC); koreya dili (TOPIK)

Son tarix: 13.10.2020
Qeyd: Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə
təqdim etməli, suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər:
Əlaqə vasitələri: [email protected] / 994-12-596-7901, 994-12-596-7904

Bir cavab yazın

Back to top button