Korporativ biznesin inkişafı şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis vakansiyası

Korporativ biznesin inkişafı şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
  • Korporativ biznes üzrə bazar araşdırmasının aparılması;
  • Yeni məhsul və xidmətlərin yaradılması, eləcə də cari məhsul və xidmətlərin modifikasiyası üzrə zəruri tədbirlərin görülməsi;
  • Korporativ biznesə aid məhsul və xidmətlər üzrə satış strategiyasının hazırlanması/inkişaf etdirilməsi ;
  • Korporativ müştəri menecerlərinin satış bacarıqlarının artırılmasına dəstək göstərmək (təlimlər təşkil etmək);
  • CRM və rəqəmsal satış kanalları ilə bağlı platformaların strateji inkişafı istiqamətində dəstək göstərmək;
  • Korporativ biznes üzrə nəzərdə tutulan strateji layihələrin icra edilməsi.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilli ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi üzrə təhsil üstünlükdür );
  • Məhsul və xidmətlərin yaradılması sahəsi üzrə (product owner, product manager, bazar araşdırması, satış və marketinq planlaması və s.) təcrübəsi olan;
  • Yüksək ünsiyyət qurma və təqdimat bacarıqları olan;
  • Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən şəxsdir.
Bu iş sizə nələriqazandıracaq:
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Əgər axtardığımız namizəd sizsinizsə CV-niziabbcareers@abb-bank-azelektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ biznesin inkişafı şöbəsinə namizədşəklində göstərilməsi xahiş olunur.Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az