Korporativ hüquqşünas vakansiyası

Korporativ hüquqşünas Vəzifə və öhdəliklər: • Müəssisənin müxtəlif işlər üzrə Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində təmsil olunmasını təmin etmək; • Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Müəssisənin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək; • Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilə layihələrini hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək; • Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla münasibətlərdə Müəssisə adından çıxış edərək onun daxil olduğu mülki hüquq münasibətlərinin yaranmasına əsas olan əqdlərin hazırlanmasında iştirak etmək, əqd layihələrinin hazırlanmasını təmin etmək, onları hüquqi ekspertizadan keçirərək rəylər vermək; • AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi; Namizədə olan tələblər: • Ali hüquqi təhsil; • Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi; • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi; • Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı. Şərtlər: • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər; • Əmək haqqı müsahibə əsasında razılaşdırılır; Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Korporativ hüquqşünas” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az