Korporativ idarəetmə və metodologiya şöbəsində Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələri üzrə vakansiya

ABB Korporativ idarəetmə və metodologiya şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələrinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.


advertisement
Görəcəyiniz işlər:

  • Bankın fəaliyyətini tənzimləyən daxili normativ sənədləri aidiyyəti struktur bölmələrlə birgə hazırlamaq, yeniləmək və onların təkmilləşdirməsi işində iştirak etmək;

  • Bankdaxili normativ sənədlərin reyestrini təşkil etmək və aparmaq;

  • advertisement
  • İcraatında olan normativ sənədlərin icra statusu ilə bağlı dövri hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

  • Reqlamentləşdirilən biznes proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.




advertisement

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə(iqtisadi/hüquqi istiqamətlərdə);

  • advertisement
  • Maliyyə/iqtisadiyyat/hüquq sahələrində ən azı 6 (ay) iş təcrübəsinə;

  • Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktları ilə tanış olan;

  • Fikirlərin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi bacarığına malik;

  • MS Office (əsasən MS Word və MS PowerPoint) proqramlarında sərbəst işləmək bacarığına sahib olan şəxsdir.


advertisement

 

Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
advertisement
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
____________________________________________________________________________________________________________________



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az