Korporativ kreditlər üzrə Baş mütəxəssis vəzifəsi üzrə vakansiya

“AFB Bank” Müştəri Xidməti strukturunun Korporativ kreditlər üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
-Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
-Bank qanunvericiliyi bilikləri;
-Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri;
-Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
-MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
-Məsuliyyətlilik və dəqiqlik.
İŞİN TƏSVİRİ:
-Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
-Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
-Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
-Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
-Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
-Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
-Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
-Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə Baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir