Korporativ Maliyyə – ödənişsiz seminar

Seminar başda kapital bazarında iştirak edən və ya iştirak etmək istəyən peşəkar şəxslər olmaqla, müəyyən bilik bazasına malik olan və karyerasını kapital bazarında görən tələbələr üçün nəzərdə tutulub.

Seminarın tərkibi:
• Korporativ maliyyənin əsasları
* • Pulun zaman dəyəri
• İnvestisiya qərarları üçün meyarlar
• Xalis zaman dəyəri (NPV) və praktikada tətbiqi
• Daxili gəlirlilik dərəcəsi (IRR) və onun NPV ilə əlaqəsi
• Xərclərin örtülməsi periodu və mənfəətlilik indeksi
• Maliyyələşmə layihələrinin təhlili və dəyərləndirilməsi
• Maliyyələşmə qərarlarında stress testlərin və ssenari təhlillərinin rolu
• Real investisiya qərarlarının qəbulunda ziddiyətlər və faktlar

Təlimçi – Hüseyn Əliyev

2009-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr, 2013-2014-cü illərdə Böyük Britaniyanın Newcastle Universtetinində “International Economics and Finance” ixtisası üzrə magistr təhsili almışdır. Peşəkar həyatında maliyyə planlaşdırılması sahəsi üzrə ixtisaslaşmışdır. Maliyyə sahəsində fəaliyyətinə DəmirBank-da başlamış, hal-hazırda Azərbaycan Beynəlxalq Bankında Aktivlərin və Passivlərin idarəedilməsi üzrə çalışır.

Tədris fəaliyyətinə 2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində Statistika fənninin tədrisi ilə başlayan Hüseyn Əliyev “Business Club Azerbaijan”ın “EduHelp” proqramının həmtəsisçisi olmaqla xaricdə təhsil alan tələbələrə fərdi hazırlıqların keçirilməsi üzrə geniş təcrübəyə malikdir. Beynəlxalq səviyyədə tanınmış CFA (Chartered Financial Analyst) proqramının birinci səviyyəsini uğurla keçmiş, ikinci səviyyə imtahanına namizəddir.

Tarix – 30 aprel
Saat – 13:00

Seminarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyat üçün:
https://goo.gl/forms/aFeeXCkesyMIYrFe2

Təşkilatçı – Business Club Azerbaijan
Business Club Azerbaijan gənclərin real fərdi inkişafında onlara dəstək olmaq məqsədi daşıyan və fəaliyyətini bu istiqamətdə təşkil edən qurumdur.

Əlaqə:
(050) 710 01 55
(012) 436 79 80

Ünvan:
Murtuza Muxtarov küç. 188, 34 (Caspian Plaza ilə üzbəüz)
Xəritədə ünvan: goo.gl/1GIFhz


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close