30 İyun 14:58

Kosmos Yay Festivalı (CSF)

CFS. Kosmos Yay Festivalı
Eyni səma altında bir gün.

Hörmətli Astronomiya və elm həvəskarları, səhifəmizin izləyiciləri, böyük bir məmnuniyyətlə sizlərə bu yay təşkil edəcəyimiz Kosmologiya Elm Festivalının elanını çatdırırıq. Layihə 1 gün 13 iyul tarixində, Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək. Bu gün ərzində iştirakçılara səma cisimlərini izləmək, müşahidələr aparmaq və rəsədxananın elmi işçiləri ilə birbaşa ünsiyyətdə olub, suallarını vermək şansı yaradacaq.Məqsəd dəyişməz olsa da bu dəfə daha yüksək bir təşkilatlanma ilə sizləri tədbir proqramında daha yeni və maraqlı elementlər gözləyir.

Əldə edəcəkləriniz:
Səma cisimlərini teleskoplarla izləmək,
Astronomiya sahəsi üzrə dərin biliyi olan şəxslərin nitq və mühazirələrini dinləyərək bu sahədə daha da çox dünya görüşü qazanmaq.
Rəsədxananın elmi işçiləri ilə birbaşa ünsiyyətdə olmaq. Həm astronomiya ilə bağlı bilgilərinizi artırıb, həm də professional səviyyədə aparılan müşahidələrlə televiziya və ya telefon qarşısında görməyə alışdığımız göy cisimlərini ilk dəfə öz gözlərimizlə görməyin həyacanını yaşayarkən layihə sonrası bu anların yaddaşımıza həkk olunacağı gerçəyi qaçınılmazdır.
___________________________________________________

🔰Festival proqramı.
🔰07:00 Toplanış (Gənclik Moll)
🔰07:30 Yola düşmə
🔰11:00 Rəsədxana ərazisinə çatma
🔰11:00-12:00 Fasilə
🔰12:00-13:00 Çadrlara yerləşmə
🔰13:00-15:00 Nahar fasiləsi
🔰15:00-17:00 Rəsdxana ilə tanışlıq
🔰17:00-19:00 Təyyarələrin uçurulması
🔰19:00-22:00 Şam yeməyi
🔰22:00-24:00 Teleskopla müşahidə
🔰24:00 Müzakirə
🔰06:00 Toplanış
🔰07:00 Bakıya doğru

Mövzular:
🎇Kosmologiya
Böyük Partlayış.
▪️1.Heçlik və ya boşluğdan meydana çıxan kainat.
▪️2.Partlayışın səbəbi.
▪️3.İlk saniyə.
▪️4.İlk üç dəqiqə.
▪️5.Qaynar plazmadan ibarət kainat.
▪️6.Kosmik mikrodalğa.
▪️7.İlk Ulduzlar
▪️8.Qalaktikalar.
▪️9.Kainatın quruluşu.
▪️10.Qaranlıq Maddə.
▪️11.Qaranlıq enerji.

🌃Astronomiya.
▪️1.Ulduzlar.
▪️2.Qara dəliklər və qara dəliklərə dair hər şey.
▪️3.Planetlər.
▪️4.Ekzoplanetlər.
▪️5.Nəhəng teleskoplar.

Planetimiz Yer
1. Yerin keçdiyi geoloji inkişaf tarixi
2. Yerdə həyat əlamətlərinin meydana gəlmə səbəbləri
3.Yerdə ilk canlıların formalaşması
4.Yer planetində indiyənə qədər baş vermiş canlıların kütləvi qırılması
5.Yer planetinin hazırkı vəziyyəti, geoloji quruluşu
6.Yerdə gələcəkdə canlıların 6-cı kütləvi qırılması (insanların məhvi) fərziyyəsi

🌌Fizika.
Kainatın işləmə mexanizmi.
▪️1.Fundamental Qüvvələr.
▪️2.Termodinamika.
▪️3.Zaman.
▪️4.Fizikada sürət anlayışı.
▪️5.Nisbilik nəzəriyyəsi.

🌆Kvant fizikası
Zərrəciklərin dünyası.
▪️1.Kvant fizikası nədir.
▪️2.Klassik fizikadan nə ilə fərqlənir.
▪️3.Kvant fizikasının gələcəyi.
▪️4.Kvant kompyuterləri.

🔮Elmin sərhədləri
▪️1.Kainatdan əvvəl.
▪️2.Paralel Kainatlar.
▪️3.Çoxlu Kainatlar
▪️4.Sring Nəzəriyyəsi.
▪️5.M Nəzəriyyəsi.
▪️6.Kainatın gizli ölçüləri.
▪️7.Hərşeyin Nəzəriyyəsi.

🔸Bu günə kimi eşitmədiyiniz mövzuları, hər kəsin anlayacağı sadəlikdə təqdim edəcəyik.

Qeyd: Qeydiyyatdan keçərək bizə müraciət edən ilk 120 nəfər bilet əldə edəcək.
Qeydiyyat linki: https://forms.gle/mWjBfMsruvGxfs7fA
___________________________________________________

🗞️Biletin qiyməti: 35 azn.

🎟️Biletə daxildir:
▪️1.Nəqliyyat
▪️2.İki dəfə yemək, çay-kofe limitsiz.
▪️3.Çadrlar.
▪️4.Teleskoplarla müşahidə.
▪️5.Ekskursiya.
▪️6.Rəsədxana muzeyinə giriş.
___________________________________________________

🎺Bütün bunlarla yanaşı günümüzün daha yaddaqalan keçməsi üçün musiqi, gitarist bir çox oyunlar və başqa əyləncəli elementlər olacaq…
___________________________________________________

Sifariş üçün:
📱055 222 35 13
📱070 604 69 09 (whats app)

Bəyən və paylaş

Rəylər

rəy(lər)