23 Dekabr 10:10

“Kreativ gənclik sağlam cəmiyyətin keşiyində” adlı sərgi keçiriləcək

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Vəfa Cahangirovanın layihə rəhbəri olduğu “Kreativ gənclik sağlam cəmiyyətin keşiyində” adlı layihəsi ilə bağlı olaraq 24-25 dekabr sərgi həyata keçiriləcək.

Qeyd edək ki, layihə istedadlı gənclərin kəşf edilməsi, eləcə də kəşf edilmiş istedadların faydalı şəkildə Azərbaycan gəncliyinin inkişafına təkan rolunu oynamasının təmin olunması, maarifləndirmə işlərində cəmiyyət üzvlərinin rolunun artırılması, gənclərimizin sağlam ruhda formalaşdırılmasının təmin olunması, pis vərdişlərin təhlükəliliyi və yarada biləcəyi mənfi nəticələri gənclərimizin köməkliyi ilə cəmiyyət üzvlərinə çatdırılması məqsədi güdür..

Sərgidə iştirak edərək layihə iştirakçıların yaratdıqları rəsm əsərləri ilə tanış ola bilərsiniz.

Sərgi günləri: 24-25 dekabr
Saat: 15:00-17:00
Məkan: Artlife (Caspian Business Centre 5-ci mərtəbə 6-cı otaq)

Bəyən və paylaş

Rəylər

rəy(lər)