Kredit satışı üzrə təcrübəçi vakansiyası

TBC Kredit- Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir. İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır. Hazırda TBC Kredit BOKTKredit satışı üzrə təcrübəçivəzifəsinə işçi qəbulu elan edir. Öhdəliklər: • Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək • Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək • Şirkətin daxili sistemini öyrənmək • Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək • Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək • Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək • Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayyəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək Tələblər: • Ali təhsil • Azərbaycan dilində səlist danışıq qabiliyyəti • Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti • Müştərini cəlbetmə bacarığı Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri2 iyul 2021-ci iltarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər. E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit satışı üzrə təcrübəçi). Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az