“Kredit və zəmanət şöbəsinin baş mütəxəssisi” vakansiyası

“Kredit və zəmanət şöbəsinin baş mütəxəssisi” vakansiyası

 

Əsas öhdəliklər:

  • Təşkilatın kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
  • Təqdim edilən investisiya layihələrinin (biznes planların) müəyyən edilmiş minimal tələblərə uyğunluğunu yoxlamaq;
  • Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və geniş təhlilini aparmaq, o cümlədən biznesə yerində ilkin monitorinq aparmaqla təqdim edilmiş məlumatların çarpaz yoxlanmasını həyata keçirmək;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;
  • Təşkilatın müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun layihələri qiymətləndirmək;
  • Layihə üzrə aparılan təhlilin nəticəsinə dair rəy hazırlamaq;
  • Əldə edilmiş məlumatları və təhlilin nəticələrini təşkilatın müvafiq məlumat bazasına daxil etmək;
  • Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;
  • Daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.

Namizədə dair tələblər:

  • Maliyyə, iqtisadiyyat və bank işi sahəsində ali təhsil;
  • 2 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
  • Banklarla və sahibkarlarla lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Komandada işləmək, yüksək kommunikasiya və təqdimetmə bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı;
  • ACCA (F7 və F9) və CFA (1-ci səviyyə) sertifikatlarının olması arzuolunandır;
  • MS Office (xüsusi ilə Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.

Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir