Sahibkarlığın İnkişafı Fondu “Kredit və zəmanət şöbəsinin baş mütəxəssisi” vəzifəsi üzrə işə qəbul elan edir:
Əsas öhdəliklər:
- Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) minimum sənədlərtoplusuna uyğunluğunu yoxlamaq;
- Təqdim edilən investisiya layihələrinin (biznes planların) Fondun müəyyən etdiyi minimal tələblərə uyğunluğunu yoxlamaq;
- Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və geniş təhlilini aparmaq, o cümlədən biznesin yerində ilkin monitorinqini aparmaqla təqdim edilmiş məlumatların çarpaz yoxlanmasını həyata keçirmək;
- Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda, əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;
- Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun layihələri qiymətləndirmək;
- Layihə üzrə aparılan təhlilin nəticəsinə dair rəy hazırlamaq;
- Əldə edilmiş məlumatları və təhlilin nəticələrini Fondun müvafiq məlumat bazasına daxil etmək;
- Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;
- Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.
Namizədə dair tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya bank işi sahəsində ali təhsil;
- 2 ildən artıq kredit təşkilatında KOB və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, tərtib və təhlil etmə bacarıqları;
- Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
- Komandada işləmək, yüksək kommunikasiya və təqdimetmə bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük;
- ACCA (F7 və F9) və CFA (1-ci səviyyə) sertifikatlarının olması arzuolunandır;
- MS Office (xüsusilə Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.
Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-ni mövzu hissəsində vəzifə adını qeyd etməklə[email protected]e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 05.10.2021
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur