7 Oktyabr 19:53

Kreditlərin idarə edilməsi şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi vakansiyası

Azərbaycan Beynəlxalq Bankı Pərakəndə biznes departamentinin Kreditlərin idarə edilməsi şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi vəzifəsini açıq elan edir.

 

Görəcəyiniz işlər:

  • Mövcud müştəri bazasının artırılması üçün bankdan əmək haqqı və pensiya alan şəxslərlə satışın təşviqi xarakterli görüşlərin keçirilməsi;
  • Əmək haqqı kartlarının cəlbi üzrə planların hazırlanması;
  • İri şirkətlərdə əmək haqqı kartlarınn cəlbi üzrə təqdimatların edilməsi;
  • Yeni müştəri kreditləşməsi üzrə birbaşa marketinq səfərlərinin edilməsi;
  • Yeni müştəri kredit məhsulunun və biznes prosesin hazırlanmasında iştirak.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Adekvat əmək haqqı;
  • Rahat iş şəraiti
  • Təlim və inkişaf məsələlərindı bankın yaxından dəstəyi;
  • Davamlı karyera inkişafı imkanları.

 

Əgər aşağıdakılar sizə aiddirsə o zaman siz bizim ideal namizədimizsiniz:

  • Bank sahəsində satış üzrə ən azı 1 illik iş təcrübəsinə sahibsinizsə;
  • Satış metodları və kanallarını bilirsinizsə;
  • Layihə fəaliyyətində, hədəf proseslərin təsvirində, inkişaf tapşırıqlarında bacarıqlara sahibsinizsə;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı bilirsinizsə;
  • Sərbəst PC istifadəçisisinizsə.

 

Əgər bizim axtardığımız İdeal namizəd sizsinizsə,20 oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına CV-nizi göndərin (məktubun mövzusunda ” Kreditlərin idarə edilməsi şöbəsinə namizəd” qeyd etməniz xahiş olur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)