Kreşendo yaşa!
Əgər sorğu aparsaq ölkə gəncliyinin böyük hissəsi həyatında bir dəyişiklik etmək istəyir – dil öyrənmək, peşə seçmək, yeni bacarıqlar əldə etmək. həyatında hər hansı ciddi qərar vermək və ya sadəcə mütəmadi kitab oxumaq. Ələlxüsus, bu pandemiya dövründə daha çox boş vaxtımız var və bu vaxtı çox sərfəli istifadə edərək çoxdan arzuladığımız bir Mən-ə çata bilərik.
Bax, istəyirsinizmi həyatınızda bir nizam, bir sistem, bir sağlam və Sizi düşündürəcək və inkişaf etdirəcək ətraf olsun? Cavabınız müsbətdirsə, Sizə sadəcə həyatı Kreşendo ilə yaşamaq lazımdır!
Kreşendo yaşamaq addım – addım irəliləməkdir və bu inanmaqdır ki, həyatımızın ən böyük işi və nailiyyəti hələ irəlidədir.
Kreşendo bir musiqi terminidir hansı ki səsin tədricən artması mənasını daşıyır. Bunun əksi isə diminuendo-dur və bu həyatımızda passivlik, komfort zonasında qalmaq, yerində addımlamaq deməkdir.
Kreşendo yaşamaq isə irəliyə baxmaq, cəsarətli olmaq, düzgün ətraf formalaşdırmaq və bunların köməyi ilə yeni zirvələr fəth edərək həyatdan zövq almaqdır. Fərqi yoxdur bu günə kimi nə iş görmüsən, nə qədər qazancın var və haradasan. Həyatda hər zaman arxaya yox, sadəcə irəliyə baxmaq lazımdır və gördüyünüz o şəkilə hər gün addım-addım yaxınlaşmaq lazımdır.
Kreşendoözünü tanıma və şəxsi planlama, analiz, özünü ifadə kimi məhsuldarlığımızı artıracaq keyfiyyətləri inkişaf etdirməklə məqsədlərimizə çatmağa fokuslanan layihədir.
100gün ərzində davam edəcək bu layihəmizin ana fəlsəfəsi odur ki, düzgün məqsəd təyin etmə, gündəlik addımlar, mentorların və komandanın köməyi ilə hər bir kəs daha yaxşı bir Mən ola bilər.
Biz qəbul edirik ki, resurslarımız məhduddur. Əlimizdə olan resursları sağlam istifadə etməyi öyrənərək effektivliyimizi dəfələrlə artıra bilərik.
Necə? Əsas 3 ana ideyaya fokus olaraq: Düşün – Et – Paylaş. İştirakçılar verilmiş alətlərin köməyi ilə həm gündəlik fəaliyyətlərini analiz edir, hər gün məqsədlərinə çatmaq üçün kiçik addımlar atır, öyrəndiklərini və nailiyyətlərini digər iştirakçılarla paylaşır.
Qısa olaraq, iştirakçılar daha sistemli və şüurlu şəkildə təqdim edilən alətlərin və üzvü olduqları qrupun dəstəyi ilə məqsədlərinə çatırlar.
Marafonun üstünlükləri:
- Sistem:burada hər şey hesablanıb. İştirakçılara isə sadəcə gündəlik özlərinə təyin etdikləri tapşırıqları yerinə yetirmək qalır.
- Abu-hava: təşkilatçılar olaraq, dəstəkçi və pozitiv abu-hava yaratmağa çalışacayıq, hansı ki, üzvlər özlərini daha rahat ifadə edə biləcək və fikirlərini bölüşməkdən çəkinməyəcək.
- Alətlər:100 gün ərzində iştirakçılar 10-dan artıq müxtəlif şəxsi inkişaf və effektivlik aləti ilə tanış olacaqlar.
- Mentorlar:Hər iştirakçının bir mentoru olacaq hansı ki, ona bilmədiyi sualların cavablarını tapmaqda və məqsədlərinə çatmaqda dəstək olacaq.
- Həftəlik görüşlər:İştirakçılar və mentorlar hər həftəsonu görüşərək, bu həftənin icmalını müzakirə edir və bir birini daha yaxşı tanımaq şansını əldə edirlər.
- Məktublar:iştirakçılara həftədə 1-2 dəfə təşkilatçılardan tapşırıqlar və fərqli mövzularda məktublar göndəriləcək.
- Məqsədlərini təyin edib, onların ardıcıllığını müəyyən edəcəklər;
- Onlarla həyatlarında istifadə edə biləcəkləri alət və texnikalarla tanış olacaqlar;
- Həyatlarını daha sistematik hala gətirə biləcəklər;
- Bu məqsədləri prioritetlərə uyğun sıralayacaqlar;
- Özlərini həvəsləndirərək başladıqlarını sona çatdırmağı öyrənəcəklər;
- Əziyyətlərinin bəhrəsini görmə həzzini yaşayacaqlar;
- Özləri kimi inkişafa meyilli ətraf əldə edəcəklər.
Həyat qısadır. Hərəkət zamanıdır və biz Sizə kreşendo yaşamağa kömək etməyə hazırıq. Bunun üçün sadəcə anket formunu doldurun, davamı bizlikdir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur