Küçə Heyvanlarına Biganə Qalmayaq

Sizi Gənclər və İdman Nazirliyinin dəstəyi, “Təbiət Dostları” Gənclər İctimai Birliyinin və Azərbaycan Heyvanların Xilasetmə Mərkəzinin təşkilatçılığı ilə “YAŞIL FƏSİL” ekoloji-maarifləndirici kampaniyası çərçivəsində təşkil ediləcək “Küçə heyvanlarına biganə qalmayaq” tədbirinə dəvət edirik.
Seminar sahibsiz küçə heyvanlarına laqeyd yanaşmamaqla onların çoxalmasının qarşısını almaq və lazımı diqqəti göstərmək üçün insanları bu mövzuda maarifləndirmək məqsədi ilə həyata keçirilir.

Tədbir müddətində təşkil ediləcək seminarda aşağıdakı mövzularda suallar cavablandırılacaq, müzakirələr aparılacaq:
1. Heyvanları necə qorumalı?
2. Qısırlaşdırma və Axtalama nə üçün gərəklidir?
3. Heyvanlar nə vaxt peyvənd olunmalı?
4. Küçədə yaralı və ya xəstə heyvan gördükdə nə etməli?
5. Sahibsiz heyvanları yemləmək üçün istifadə olunan qidalar?
6. Sahibsiz heyvanlara və sığınacaq heyvanlarına necə kömək etməli?

Tədbirdə, həmçinin sizin:
– çay fasiləsi
– mərkəzdə ekskursiya
– ev heyvanlarınızı da özünüzlə gətirmək (peyvənd olunduğu təqdirdə)
imkanınız olacaq.
_________________________
▶ İştirak ödənişsizdir.
▶ Tədbirin təşkili üçün avtobus və digər xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir.
▶ Tədbir iştirakçlarına öncədən görüş məkanı və saatı bildiriləcəkdir.
_________________________
Qeyd: Mərkəzdəki heyvanlar üçün lazım olan əşyalar (whiskas, pedigree, kitcat, süd, birəyə qarşı şampun, sprey, lazımsız adyal, dəsmal, gül səbətləri, korobka, balaca döşəkçələr) bizə təhvil verərək balaca dostlarımıza yaxından yardım etmiş olarsınız.
**********************************
DİQQƏT: Yerlər məhduddur.
İştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.
Son qeydiyyat tarixi: 04.05.2017 Saat: 21:00
Qeydiyyat üçün link:
goo.gl/a1rqgw
**********************************
📅 6 May 2017
🕖 12:00 – 15:00
📍 Bakı – Shamaxı yolu, 15.km
=============================
Əlaqə:
✆ 055 2845280 | Xədicə Əliyeva
✆ 050 7454130 | Elman Əsgərov

Bir cavab yazın

Back to top button