Kulinar və fud-bloqer İlahə Məmmədova ilə görüş keçiriləcək

6 iyun tarixində “Özünü yarat!” proqramı çərçivəsində kulinar və fud-bloqer İlahə Məmmədova ilə görüş keçiriləcək.

Bizim qəhrəman xanım çox unikal bacarığa malikdir. O, çox asanlıqla öz bloqunun oxucusunu yaratdığı “möcüzəli aləmə” apara bilir. İlahə burada hazırladığı taamlar haqqında çox gözəl və pozitiv şəkildə yazmaqla yanaşı, şəxsi təcrübəsindən götürdüyü, həddən artıq duzlanmadan, şəkər kirşanənin səpilməsinə qədər müxtəlif, zəngin “həyat reseptlərini” də bölüşür… Bütün bunlar, İlahənin xanım oxucularının öz bacarıqlarını reallışdırmağa, ideyalarını həyata keçirməyə stimullaşdırır.

İlahə Məmmədovanın 23 yaşı var. O, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini bitirib. Hal-hazırda, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) çalışır. 5 illik bloqçuluq fəaliyyətində İlahə Məmmədova NARGIS, FUROR, baku-eto.az onlayn-jurnallarında öz kulinariya rubrikalarını aparıb və bir sıra yerli, habelə beynəlxalq şirkətlər ilə əməkdaşlıq edib. İlahənin təcrübəsinə qida mövzusuna həsr edilmiş “Milan EXPO 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun təqdim edilməsinə hazırlıq işləri üçün italyan komandası ilə fəaliyyət də daxildir. Bu yaxınlarda isə, İlahə, Rusiyanın “Pyatnisa!” telekanalında yayımlanan “Yeda, ya lyublu tebya” (Yemək, mən səni sevirəm) verilişi çərçivəsində doğma Azərbaycan mətbəxini təmsil edib.

2014-cü ildə, İlahə ilk dəfə özünü “BISQUE” kafesində “Zavtraki ot İli” aksiyası çərçivəsində peşəkar mətbəxin önündə sınadı. Bundan sonra, Bakının bir çox kafe və restoranları İlahəni ustad dərslər keçirməyə və menyunun hazırlanmasında iştiraka dəvət etməyə başladılar. 2016-cı ildə, İlahə özünü şirniyyatçı qismində də sınadı: o, 9 aylıq analıq məzuniyyət dövründə nə az, nə çox – 250-dən yuxarı tort, 300-dən çox isə desert satmağa müvəffəq oldu.

Biz, İlahə ilə yaradıcılıq planlarının həyata keçirilməsi, hobbinin uğurla gəlir mənbəyinə çevrilməsi, həmçinin bizi şəxsiyyət kimi formalaşdıran xarakterin, cəmiyyətin, vəziyyətlərin və şəraitlərin rolu kimi mövzular ətrafında bəhs edəcəyik. Tədbirin qonaqları, İlahəyə onları maraqlandıran sualları verə və onunla öz ideyaları ilə bölüşə biləcəklər.

6 iyun, 19:00
Giriş sərbəstdir

Bir cavab yazın

Back to top button