17 Noyabr 21:16

Kvant fizikası gənc alimlərin təqdimatında

Əziz gənclər!
Əgər sizi “Nöqtə partlayışı nədir?”, “Dünya necə yaranıb?”, “Planetimizin yaşı neçədir?”, “Tanrı zərrəciyi nədir?”, “İnsanın yaradılışı ilə bağlı hansı elmi yanaşmalar var?”, “İnsan yaradılışı ilə bağlı elmi və dini mövqelər necədir?”, “Maddə, materiya yoxsa enerji?” kimi suallar maraqlandırırsa, o zaman hər birinizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyilə həyata keçiriləcək “Kvant fizikası gənc alimlərin təqdimatında” adlı layihəyə dəvət edirik.

Layihə çərçivəsində iştirakçılar gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə:

1. Kvant fizikası nədir?;
2. Dünyanın yaradılışı barədə elmi yanaşmalar: Nöqtə partlayışı(“Big bang”);
3. Tanrı zərrəciyi – “Hiqqs bozonu”;
4. Böyük Adron kollayderi;
5. Yekunda nəzəriyyənin tətbiqləri və nəticələrinə dair yanaşmalar, fəlsəfi-dini istiqamətli yanaşmalarla tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar.
Təlimlər ərzində təqdimatların keçirilməsi üçün təlimçilər tərəfindən hər bir qrupa mövcud problemlər sırasından müəyyən bir mövzu təqdim olunaraq, yarışma keçiriləcəkdir. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdirəcəkdir. Hazırlanmış posterlər (prezentasiyalar) qrup liderləri tərəfindən təqdim olunduqdan sonra qalib komanda üzvləri müəyyən edilərək fərqlənmə diplomu və hədiyyə ilə təltif olunacaqlar. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər.

Layihə 27.11.2016-cı il tarixindən (bazar günü) başlayaraq hər həftənin bazar günü olmaqla 5 həftə davam edəcəkdir. Təlimlər Bakı Ali Neft Məktəbində (Xocalı prospekti, 30) həyata keçiriləcəkdir.

Təlim və təlimçilər haqqında ətraflı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq.
Layihədə ixtisasından asılı olmayaraq bütün tələbələr iştirak edə bilər.
Müraciət etmək istəyən gənclər özləri haqda aşağıdakı məlumatları [email protected] emailina göndərərək qeydiyyatdan keçə bilərlər:
1. Ad, soyad, ata adını
2. Təhsil aldığı (bitirdiyi) ali məktəbin tam adını
3. İxtisasını
4. Əlaqə nömrəsini (mobil)
5. Layihədən gözləntilərini (100 sözdən çox olmamaq şərtilə)

Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə bildiriləcəkdir, bu səbəbdən e-mailınızı mütəmadi olaraq diqqətdə saxlamağınız xahiş olunur.
Qeydiyyat üçün son tarix: 25 Noyabr, saat 23:59-dur.

Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur.

Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sertifikatları və qalib komandanın üzvlərinə fərqlənmə diplomu, həmçinin hədiyyələr təqdim olunacaqdır.

Layihə rəhbəri: Həbibə Sadıqlı
Əlaqə: [email protected]
Tərtibatçı-dizayner: Pakizə Paşayeva
Təlimlərdə iştirak ödənişsizdir.

Bazar günü, 27 Noyabr 10:00 – 13:00

Bəyən və paylaş

Rəylər

rəy(lər)