29 Mart 08:12

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib

Prezident sərəncam imazlayıb.

Prezident İlham Əliyev Asəf İsgəndərovun Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Asəf Daşdəmir oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)