“Laboratoriya mütəxəssisi” vəzifəsi üzrə vakansiya

A+CO ASC olaraq şirkətimizə “Laboratoriya mütəxəssisi” vəzifəsi üzrə əməkdaş axtarırıq. Tələblərimiz: - Kimya, Biologiya sahəsində ali təhsil;. - Göstərilən vəzifə üzrə ən azı 2 illik iş təcrübə; - MS Office (MS Excel) proqram bilikləri; - Rus dili biliyi əlavə üstünlükdür; - Laboratoriya avadanlıqlarını, onların istismar olunması qaydalarını bilməli; - Xammal və istehsal olunan hazır məhsulun keyfiyyəti üzrə fəaliyyətdə olan normativ sənədləri ilə işləmə bacarığı; - Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli; - Məsuliyyətlilik və detallara qarşı diqqətlilik; Vəzifə öhdəlikləri: - Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarət etməsi; - Xammalın, suyun, köməkçi materialların, istehsal olunan məhsulların və yarımfabrikatlara dair sınağın onların standartlara uyğunluğuna nəzarətin (orqanoleptiki, fiziki-kimyəvi) təmin edilməsi; - Laboratoriyanın gündəlik temperatur və rütubətini yoxlayıb və qeydlərin yaradılması - Sınaqlarının nəticələrinin düzgünlüyünü ,obyektivliyini və tələb olunan dəqiqliyini təmin edilməsi; - Analizin aparılması zamanı aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasına dair tədbirlərin görülməsi; - - Kimyəvi reaktiv və məhlulların hazırlanması, hazırlanan reaktivlərin qeydiyyatının aparılması və saxlama müddətinə nəzarət edilməsi - İstehsalat avadanlıqlarına, (çən və s.) yuyulmadan sonrakı nəzarəti təmin edilməsi ( fiziki-kimyəvi analizlərlə); - İşçilərin əllərindən və geyimindən yaxma götürülərək mikrobioloji analizin aparılması; - Laboratoriyada aparılan bütün analizlərin (orqanoleptiki, fiziki-kimyəvi və mikrobioloji), həmçinin cihaz kalibrasiya və tənzimləmələrinin qeydiyyatın aparılması. - Qeydiyyatların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirilməsi; - Laboratoriyada istifadə olunan cihazların kalibrasiya və tənzimləmələrini plana uyğun olaraq həyata keçirilməsi; İş şəraitimiz: - İş yeri: Xırdalan şəhəri - 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; - Nahar Şirkət tərəfindən təmin olunur ; - Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ; - 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laboratoriya mütəxəssisi” yazaraq[email protected]ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az