Laboratoriya şöbəsində Həkim vakansiyası
Leyla Medical Center MMC namizədləri Laboratoriya şöbəsinə Həkim vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Analitik və diaqnostik cəhətdən etibarlı metodların istifadəsinin təmin edilməsi;
• Alət, aparat və avadanlıqların istismarı, dərman preparatlarının səmərəli istifadəsi qaydalarına riayət edilməsinə nəzarət edir;
• Laborator müayinələrin aparılmasının təlimatlara uyğunluğuna, avadanlıqdan düzgün istifadəyə nəzarət edir.
• Mikroskopiya bacarıqları əsas tutulur.
Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil;
– Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan
– Dil bilikləri
– Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
– Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
– İngilis dili arzu olunandır;
– Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
– Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
– Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
– Komanda ilə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər və ya +994 55 300 10 89 nömrəsi ilə əlagə saxlaya bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının «Laboratoriya şöbəsinə Həkim» göstərilməsi xahiş edilir.