11 Fevral 13:51

Latviyada ali təhsil üzrə təqaüd proqramı

Latviyada ali təhsil üzrə təqaüd proqramı

Latviya hökuməti Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib. Proqram Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişə əsasən elan olunub.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları cari ilin aprelin 1-dəkhttps://scholarships.viaa.gov.lv/en/login keçidi vasitəsi ilə Latviya hökuməti, aprelin 5-dək isə https://www.app.htp.edu.az/ keçidində Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron ərizə sistemlərini doldurub təsdiq etməlidirlər.

Proqram çərçivəsində bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd Latviya hökuməti tərəfindən ödəniləcək. Səyahət və sığorta xərcləri isə namizədlərin özləri tərəfindən qarşılanacaq.

Namizədlərin müraciətləri araşdırıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)