Layihə fəaliyyətləri ilə bağlı tanıtım video və foto sənədlərinin hazırlanması

Layihə:           “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA)

Tapşırıq:         Layihə fəaliyyətləri ilə bağlı tanıtım video və foto sənədlərinin hazırlanması

Müddət:          1 Oktyabr – 30 Noyabr 2020

 

  1. LAYİHƏ HAQQINDA

2018-ci ilin sentyabr ayından etibarən Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi Azərbaycanda seçilmiş regionlarında kişi və qadınların ailə maliyyəsini idarə etmələrini təmin etmək və / və ya öz bizneslərini qurmaq üçün lazım olan bacarıq və sərmayə kapitalla təmin etməklə məşğulluq imkanlarını artırmaqdan ibarətdir.

30 ay davam edən layihə çərçivəsində Gəncə – Qazax, Quba – Xaçmaz, Şəki – Zaqatala və Kür – Araz (Aran) iqtisadi regiolardan 500-ə yaxın mikro və kiçik kəndli sahibkar və onların ailələri müxtəlif layihə fəaliyyətləri ilə təmin olunmuşlar. Onlardan 150-yə yaxını biznes təlimləri və təxminən 100-ə yaxın seçilən şəxsə sərmayə kapitalı olaraq maliyyə dəstəyi verilmişdir.

Layihənin hədəf qrupu regionlarda yaşayan və öz işlərini qurmaq və ya inkişaf etdirmək istəyən mikro və kiçik kəndli sahibkarlardır. Layihə zamanı qadınlara üstünlük verilmişdir.

Layihə Polşa Mikromaliyyə Mərkəzi (MFC), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Turanbank ASC, “İnkişaf üçün Maliyyə” BOKT ilə birgə həyata keçirilmişdir.

  1. TAPŞIRIĞIN ƏSAS MƏQSƏDİ

Tapşırığın ümumi məqsədi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin təsirini, həmçinin kənd əhalisinin iqtisadi cəhətdən gücləndirilməsinə, mikro-müəssisələrin yaradılması və inkişafına, kənd mikro sahibkarlarının potensialının gücləndirilməsinə yönəlmiş uğur hekayələrini təsvir edən video və şəkillərin müxtəlif ünsiyyət platformalarında istifadə edilə bilməsi üçün hazırlanmasıdır.

  1. İŞ VƏ VƏZİFƏLƏRİN ƏHATƏ DAİRƏSİ

Video: video 5 dəqiqə, 3 dəqiqə və 1 dəqiqədən qısa versiyası olacaq və aşağıda qeyd oluan regionları əhatə etməlidir: Gəncə, Tovuz, Gədəbəy, Zaqatala, Balakən, Ağcabədi, Quba, Xaçmaz.

Video, dövlət qurumları, yerli maraqlı tərəflər, yerli icmalar və beynəlxalq auditoriya daxil olmaqla milli auditoriya ilə bölüşmək məqsədi daşıyır. Videoda ADSMIRRA layihəsinin məqsədi vurğulanmalıdır, bunlar arasında uğur hekayələri və əldə edilmiş nəticələr nümayiş olunmalıdır.

Video üçün rəhbər suallar (Mütəxəssisin öz suallarını da hazırlamağı tövsiyə olunur):

 

  • Layihə fəaliyyətindən qadınlar necə yararlandılar?
  • Yeni nə öyrəndilər?
  • Layihədə iştirakınız həyatınıza necə təsir etdi?

AMFA-nın gözləntilərini təmin etmək üçün çəkiliş mərhələsində texniki dəstək və AMFA komandasının hazırlanmış videolarla bağlı dövri olaraq rəy bildirəcəklər. Videonun sonunda AMFA – Avropa İttifaqı (Aİ) loqoları və layihənin icrası və maliyyə dəstəyi haqqında qeyd son slayd kimi yerləşdiriləcək.

Video və fotoların, habelə xammalın müəllif hüquqları Aİ-nin Azərbaycandakı Nümayəndəliyinə və AMFA-ya məxsus olacaqdır. Musiqi (və ya müəllif hüququ verilən musiqi) üçün tam istifadə hüquqları da vacibdir.

Fotolar: 100 yüksək keyfiyyətli foto hərəkət, duyğu, layihə fəaliyyətindən məmnuniyyət, bəzi təsir və nailiyyətləri əks etdirməlidir. Fotoşəkillər hesabatlar, ictimayyətə nümayiş etdirmək üçün materiallarının istehsalı, sərgilər və sair üçün istifadə edilə bilər. Fotoşəkilləri çəkiləcək və videoya çəkiləcək bütün şəxslər foto və videoların istifadəsi ilə bağlı Aİ-nin icazə formasını imzalamalıdırlar.

Hesabat: Fotoşəkilləri və ya videoları çəkiləcək bütün şəxslərin adları və əlaqə məlumatları daxil olmaqla bütün foto və çəkiliş yerləri barədə ətraflı hesabat hazırlanacaq. Hesabatda məlumat vərəqələrində istifadə ediləcək digər maraqlı tərəflər və icma üzvlərinin  ən azı 5 güclü ifadəsi olmalıdır.

Ekspertin tapşırıqlarına daxildir:

  • Səfər cədvəlini hazırlamaq üçün AMFA işçi heyəti ilə görüşmək
  • Videonun ssenarisini təqdim etmək (videonun uzunluğu: 5 dəqiqə, 3 dəqiqə və 1 dəqiqədən qısa)
  • Benefisiarlarla müsahibə üçün suallar hazırlamaq
  • Videonun konspektini yazmaq
  • Ssenari əsasında videonun bir hekayəsini / quruluşu hazırlamaq
  • Fəaliyyət planını hazırlamaq
  • Müəyyən edilmiş yerlərdə benefisiarlarla müsahibələr aparmaq
  • İki dəst olaraq minimum 100 yüksək keyfiyyətli fotoşəkil çəkmək və seçmək (yüksək görüntülü və aşağı görüntülü)
  • Aşağıdakı xüsusiyyətlərə malik bir video üçün lazım olan media materiallarını çəkmək / toplamaq:

– Kameralar; (Slider və Steadicam)

– Görüntü imkanı: full HD

  • Şəkillər ayrıca Veb və Çap üçün optimallaşdırılmalıdır
  • Videolar fərqli video mühitləri üçün optimallaşdırılmalıdır – Veb səhifə, YouTube, LinkedIn və sair
  • Videolar azərbaycan və ingilis dillərində altyazılı hazırlanmalıdır.
  • Videolar sosial media üçün uyğunlaşdırılmalıdır (daha qısa versiyalar – bir dəqiqədən az)

 

Çəkiliş yerləri: Gəncə şəhəri, Tovuz rayon mərkəzi, Tovuz rayonu Qovlar kəndi, Gədəbəy rayon mərkəzi, Zaqatala rayon mərkəzi, Zaqatala rayonu Tala kəndi, Balakən rayonu Katex kəndi, Ağcabədi rayon mərkəzi, Quba rayon mərkəzi, Xaçmaz rayon mərkəzi.

İşıqlandırma avadanlığının istifadəsi;

  • Qrafik dizayn (sadə qrafik iş, məsələn, loqotiplər, altyazılar)
  • Rəng düzəlişi
  • Səs mühəndisliyi və səs effektləri
  • Təbii dildə səsləndirmə (Azərbaycan dili və İngilis dili)
  • AMFA ilə məsləhətləşərək 5 dəqiqəlik, 3 dəqiqəlik və 1 dəqiqədən az (sosial media üçün uyğunlaşdırılmış) videolar təhvil vermək;

 

  • Bütün foto və çəkiliş yerləri barədə icma üzvlərinin açıqlamaları ilə ətraflı hesabat təhvil etmək

 

  1. VAXT CƏDVƏLİ VƏ XİDMƏTİ TƏHVİL VERMƏ MÜDDƏTİ

Vaxt: 01 Oktyabr – 30 Noyabr 2020

Təhvil veriləcək Tarix
oktyabr
Videonun hekayəsi, fəaliyyət planı oktyabr
Sahə işləri (reportajlar, çəkiliş videoları və fotoşəkillər) xammal daxil olmaqla oktyabr
Videoların ilkin versiyası (Səs dəyişdirmə və düzəliş) oktyabr
Yüksək və aşağı görüntüdə 100 foto oktyabr
Yekun videonun təhvili – AMFA ilə məsləhətləşərək 5 dəqiqəlik, 3 dəqiqəlik və 1 dəqiqədən az (sosial media üçün uyğunlaşdırılmış) videolar; orijinal ölçüsü və veb ölçüsü noyabr
Şəkillər ilə yekun hesabat noyabr

 

  1. LOGİSTİK DƏSTƏK

Ekspert nəqliyyat və gecələmə daxil olmaqla bütün logistika üçün özü məsuliyyət daşıyır. AMFA layihə benefisiarları və maraqlı tərəflər ilə tanışlığı təmin edəcək, benefisiar və maraqlı tərəflərin yerlərini və əlaqələrini bölüşəcək və lazımi görüşlər təşkil edəcək.

AMFA həmçinin, hər iki dildə verilən bütün yüksək görüntü loqotiplərini və mətnlərini, habelə Aİ foto və video çəkiliş icazəsi formasını və görüntü materiallarını təmin edəcək.

  1. MÜTƏXƏSSİSDƏN TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Tapşırıq, Azərbaycanda fəaliyyət göstərən media və veb istehsalı sahəsində işləyən sektorda və xidmətləri baxımından böyük nüfuza sahib olan və böyük şirkətlərlə minimum 3 illik iş təcrübəsi olan bir şirkət və ya bir qrup tərəfindən həyata keçirilməlidir. Yuxarıda qeyd olunan bəndlərdə göstərilən tapşırıqlar ixtisaslaşdırılmış qrup tərəfindən təşkil edilməlidir.

Mütəxəssislər aşağıdakı bacarıqlara malik olmalıdır:

  • Xüsusi foto çəkiliş bacarıqları;
  • Yaxşı video çəkiliş bacarıqları;
  • Mükəmməl foto və video montaj bacarıqları;
  • Sənədli filmlərin istehsalında təcrübə;
  • Bölgələrdə işləmək və çəkiliş təcrübəsi;
  • Müqavilənin imzalanmasından sonra dərhal səyahət etmək imkanı;

 

  1. ÖDƏMƏ CƏDVƏLİ

Ödənişlər üç hissədə həyata keçiriləcək:

İş planı, çəkiliş cədvəli və ssenarilər təhvil verildikdən sonra 40%;

Sahə işi bitdikdən və video / foto çəkilişlərinin ilkin versiyaları təhvil verildikdən sonra 30%

Yüksək görüntülü fotoşəkillər və 3 video təhvil verildikdən və təsdiqləndikdən sonra 30%.

 

  1. MÜRACİƏTLƏR

Bütün müraciət edənlər yuxarıda göstərilən minimum tələblərə cavab verməlidirlər. Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə yaradılacaq. Hər bir müraciətə aşağıdakılar daxil edilməlidir:

– Namizədin əvvəlki təcrübəsinin layihə hədəflərinə uyğunluğu və vəzifəyə olan maraqları (iki səhifədən çox olmayan) daxil olmaqla müraciət edənin cari əlaqə məlumatları göstərilməklə izahat məktubu;

– Tapşırığı necə yerinə yetirmək istədiklərinə dair texniki təklif;

– Layihənin maliyyə təklifi / ətraflı büdcəsi;

– Ekspertlərin CV-lərini və peşəkar arayışlar və ya tövsiyə məktubu;

– Son zamanlarda həyata keçirilmiş oxşar tapşırıqların nümunələri, iş / sənədli filmlərin video portfoliosu və keçidlər (linklər);

Yuxarıda göstərilən məlumatların hamısı daxil olmayan müraciətlər nəzərdən keçirilməyəcək. Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə yaradılacaq. Maraqlanan şəxslər müraciətlərini 30 sentyabr 2020-ci il, saat 17:00-dək “ADSMIRRA – video və foto sənədləşdirmə” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Bir cavab yazın

Back to top button