24 Fevral 19:43

Layihə Rəhbəri vakansiyası

Vəzifə: Layihə Rəhbəri

Ərazi: Bakı
Müraciət üçün son tarix: 01.03.2020

Müqavilə növü: Əmək müqaviləsi
Müqavilənin vaxtı: 13 ay

Haqqında

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Kənd və Regional İnkişafa Dəstək proqramı çərçivəsində “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi 8 rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran) icma əsaslı aqroturizmi inkişaf etdirmək və kənd təsərrüfatı ilə turizm sektoru arasında əlaqələri gücləndirməklə iqtisadi şaxələnmə və iş yerlərinin yaradılmasını sürətləndirməkdir.

Layihənin əsas hədəf qruplarına icmalarda aqroturizm/turizm sektorunda maraqlı olan mikro, kiçik və orta sahibkarlıq təsərrüfatları, gənclər, işsiz yetkin insanlar, bələdiyyə və digər yerli dövlət idarələri və qeyri-hökümət təşkilatları daxildir. Layihə, hədəf rayonlarda ümumi iqtisadi və sosial inkişafa töhvə verəcək və icmaları yeni gəlir əldə edilməsi, məşğulluq imkanları ilə təmin edəcək.

Layihənin əsas vəzifələri:

1. Dəyər Zənciri iştirakçılarının (kiçik ev təsərrüfatları, mikro, kiçik və orta sahibkarlar vəs) aqroturizm istiqamətində inkişafına dəstək göstərilməsi;
2. Dəyər Zənciri iştirakçıları arasında klasterlərin, buna bənzər qrupların (kooperativ, assosiasiya vəs) yaradılması və təşviq edilməsi;
3. Hədəf Dəyər Zənciri iştirakçılarının aqroturizm məhsullarının şaxələndirilməsi və marketinq yanaşmalarının inkişaf etdirilməsi;
4. Aqroturizm sahəsində gənclərin və yetkin insanların məşğulluğunun, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi;
5. Dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsi.

YİY layihənin icrasını “Şəfəq” Ekoturizm İctimai Birliyi və “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Turizm Agentliyi ilə yaxından əməkdaşlıq edir.

İşin təsviri

Layihə rəhbəri – Layihənin fəaliyyət planı çərçivəsində resurslardan düzgün istifadə edərək işlərin icrasına rəhbərlik edir.

Vəzifə və öhdəliklər

 Layihə çərçivəsində iş bölgüsü edir, vəzifələri təyin edir;
 Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
 Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin edir və bu məqsədlə ehtiyac olan metod və metodologiyanı müəyyənləşdirir və tətbiqini təmin edir;
 Üzləşilə biləcək riskləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir;
 Maliyyə hesabatlarının vaxtında çatdırılmasını təmin edir;
 Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri maraqlı tərəflərə vaxtında çatdırır;
 Bütün işlərlə bağlı donor və təşkilat rəhbərinə hesabat verir.
Tələb olunan təhsil, təcrübə və bacarıq
 İqtisadiyyat, turizm, marketinq, biznes təşkili və idarə olunması və buna yaxın sahələrdə ali təhsil (magistratura məzunlarına üstünlük veriləcək);
 Müvafiq vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi (beynalxalq layihələrdə iş təcrübəsi olanlara üstünlük veriləcək);
 Sosial (təqdimat, ünsiyyət, komandada işləmək və danışıqların aparılması üzrə) bacarıqlar;
 Tədbir və görüşlərin təşkili üzrə bacarıqlar;
 MS Office (xüsusilə Power point) mükəmməl səviyyədə işləmək bacarığı;
 İngilis dili – yüksək;
 Rus dili – orta/işgüzar səviyyə.

Müraciətlərin qəbulu

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini [email protected] ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (Layihə rəhbəri Edumap.az) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.

Bəyən və paylaş