Layihələr üzrə kordinator vakansiyası

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası layihələrin idarəolunması üçün koordinator vakansiyası elan edir.   Vəzifə adı: Layihələr üzrə kordinator Müddət: 1 il   Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ölkə gənclər siyasətinin əsas hərəkətverici qüvvəsi olan gənclər təşkilatlarını bir çətir altında birləşdirən ən böyük platformadır. Milli Şuraya ölkəmizdə fəaliyyət göstərən 137 gənclər təşkilatı üzvdür. Fəaliyyəti müddətində NAYORA üzv gənclər təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması və inkişaf etmələrinin təmin edilməsi məqsədilə müxtəlif istiqamətlərdə yerli və beynəlxalq layihələr həyata keçirib və keçirməkdədir.   Qeyd edək ki, vakansiyaya uyğun seçiləcək namizəd peşəkar komanda ilə işləyərək, yerli və beynəlxalq sferada təşkilat tərəfindən təşkil olunan layihələrdə iştirak edərək təcrübə qazanmaq imkanına sahib olacaq. Bununla yanaşı gənclərlə və gənclər təşkilatları ilə iş sahəsində müxtəlif bilik və bacarıqlara yiyələnərək, özünü inkişaf etdirmək fürsətinə sahib olacaq.   Namizədə dair əsas tələblər:
  • Ali təhsilli olmalı (Layihələrin idarə edilməsi, beynəlxalq əlaqələr, idarəetmə sahələrindən birində təhsil alması arzuolunandır);
  • Azərbaycan və İngilis dillərində səlis yazma, danışma və kommunikasiya bacarığı olmalı;
  • Gənclər və gənclər təşkilatları ilə iş sahəsində minimum 1 illik aktiv fəaliyyəti və layihələrin idarəolunması üzrə təcrübəsi olmalı;
  • Kommunikasiya, komanda işi və problemi həll etmə bacarığı olmalı;
  • Potensial problemlərə innovativ və nəticəyönümlü həll tapma bacarığı olmalı;
  • Liderlik, təşkilatçılıq, peşəkar idarəetmə və qərar qəbul etmə bacarığı olmalı;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • Ali təhsilini bitirmiş olmalı;
  • Gərgin qrafikli iş mühitinə davamlı olmalı;
  • Rus dili arzuolunandır;
  • Könüllü təcrübəsi olması arzuolunandır.
  Vəzifə öhdəlikləri:
  • Layihələrin yazılması və idarə olunması (yerli və beynəlxalq);
  • Layihələrin büdcəsinin hazırlanması;
  • Layihələrin komandasının formalaşdırılması və fəaliyyətinə nəzarət edilməsi;
  • Layihələrin hazırlanması üçün ideya və təşəbbüslə çıxış etməli;
  • Layihələr üçün analitik hesabatların hazırlanması;
  • Layihələrin təsviri hesabatının hazırlanması və təhvili;
  • Fəaliyyət hesabatlarının (aylıq və illik) hazırlanması və təqdim olunması;
  • Yaradıcı və yenilikçi fikirlərə sahib olmalı.
  Seçim mərhələsi: CV-nizi [email protected] poçt ünvanına göndərin. E-mail göndərdiyiniz zaman “mövzu” yerinə “Layihələr üzrə koordinator” yazmağınız xahiş olunur. İş vaxtı: İş qrafiki həftənin beş günü saat 09:00-dan 18:00-dək.   Əmək haqqı: Əmək haqqı təcrübə əsasında müsahibə mərhələsində təyin olunur.   Vakansiyanın müddəti: Vakansiyaya 10 iyun, saat 18:00-dək müraciət edə bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az