Layihələr üzrə Mütəxəssis vakansiyası

Ölkənin ilk kraudfandinq platforması "Toxum.org" Layihələr üzrə Mütəxəssis vakansiyası elan edir Azərbaycanda öz sahəsində yenilikçi layihə olan "Toxum.org" kraudfandinq platforması yaradıcı komandanın bir parçası olacaq, layihə idarəetməsi, təşkilatçılıq bacarıqlarına sahib və bu sahə üzrə özünü daha da inkişaf etdirmək istəyən motivasiyalı şəxslərin müraciətlərini gözləyir. Kimləri axtarırıq: - Kraudfandinq sahəsi ilə tanış və bu sahəyə maraqlı olan - Layihə idarə etməsi, təşkilatçılıq, koordinasiya bacarıqları yüksək olan - Yaradıcı ideyalar irəli sürə bilən - Və yüksək motivasiya və ambisiyalı olanları Görüləcək işlər: - Təlim proqramlarının inkişaf etdirilməsi və satışı - Kraudfandinq layihələrinə konsultasiyalrın təşkil edilməsi - Sosial layihə təşəbbüsləri ilə əməkdaşlıqların qurulması Sizin bizdən qazanacaqlarınız: - Şəxsi və peşəkar inkişaf - Uğurlu networkinq əlaqələri - Beynəlxalq təlim və tədbirlərdə iştirak etmək şansı 📌 İş şəraiti - Part-time Komandamızın dəyərli bir üzvü olmaq istəyən şəxslər, öz CV və Motivasiya məktubu ilə birlikdə[email protected]elektron poçt ünvanına başlıqda "Layihələr üzrə mütəxəssis" qeyd edərək göndərə bilərlər 😊 📌 Son müraciət tarixi: 30.04.2022
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az