Layihələrin idarə olunması üzrə mütəxəssis vakansiyası

ARTİ-nin Layihələrin idarə olunması şöbəsi mütəxəssis vəzifəsinə vakansiya elan edir. ARTİ-nin Layihələrin idarə olunması şöbəsi xarici ölkələr, yerli və beynəlxalq qurumlar və donorlarla əməkdaşlıqlar çərçivəsində fəaliyyətlərin təşkilinə məsul olaraq, bu istiqamətdə layihə təkliflərini və təşəbbüsləri idarə edir, layihələrin koordinasiyası, əlaqələndirilməsi və icrasına nəzarəti həyata keçirir.
Vəzifə öhdəlikləri:
– Layihələrin təşəbbüsü;
– Layihələrin effektiv realizasiyası, əlaqələndirilməsi və idarəetməsinin təmin edilməsinə dəstək göstərilməsi;
– Layihələr üzrə görülən tədbirlərin müvafiq struktur bölmələr ilə koordinasiya edilməsi;
– Layihələr üzrə məlumatların təhlili;
– Layihələr üzrə hesabatların tərtibi;
– Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək;
– Təhsil tədqiqatlarının aparılması.
Tələblər:
– Ali təhsil;
– Təhsil və sosial layihələrin idarə edilməsi üzrə təcrübə;
– Layihələri idarəetmə bacarıqları;
– Tədqiqat bacarıqları;
– Təhsil sahəsi ilə bağlı biliklər;
– Təşəbbüskarlıq;
– Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı;
– Yüksək təşkilatçılıq və effektiv ünsiyyət bacarıqları;
– Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
– Müvafiq kompüter bilikləri.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 10.11.2021-ci il tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına “Mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.
Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Related Articles