Bazar ertəsi, 2 İyun, 2025

Layihələrin təşkili və idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 22 Aprel, 2022 - 04:38
Layihələrin təşkili və idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya

ARTİ-nin İnsan Resursları Mərkəzi Layihələrin təşkili və idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Müsabiqələr üzrə elektron ərizələrin yoxlanılması;
- Müvafiq yerli təhsili idarəetmə orqanları ilə əməkdaşlığın qurulması;
- Müsabiqələr üzrə vakansiyalar sisteminə nəzarət və vakansiyaların düzgünlüyünün yoxlanılması;
- Müsabiqələrin təşkili zamanı müvafiq dəstəyin göstərilməsi;
- Müsabiqələr üzrə əlavə yerləşdirmələrin həyata keçirilməsi və bu prosesə nəzarət.
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi;
• Təhsil sahəsində mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
• Aydın danışıq tərzi;
• Yüksək nitq mədəniyyəti;
• Gündəlik işlərdə vaxtın idarə edilməsi;
• “Microsoft Office” proqramlarında sərbəst işləmək bacarığı;
• Dinləmək bacarığı;
• Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
• İntizamlılıq və tez öyrənmə bacarığı;
• Məqsədyönlülük və əzmkarlıq;
• Stressə qarşı davamlılıq.
Qeyd edək ki, vakansiya hazırda sosial məzuniyyət yeridir və müvafiq namizədlə ilkin olaraq 4 aylıq əmək müqaviləsi bağlanılacaq. Lakin yaranmış vəziyyətdən asılı olaraq bağlanılan əmək müqaviləsinin müddətinin uzadılması mümkündür.
İş şəraiti:
• İş günləri: I-V günlər;
• İş saatı: 09:00-18:00.
Vakansiya üçün müraciət etmək istəyən namizədlər “Mövzu” hissəsində müvafiq vakansiyanın adını qeyd etməklə öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 125
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...