Layihənin İdarə edilməsi təlim proqramı

ABŞ-ın Azərbaycandakı Səfirliyi, Layihənin İdarə edilməsi təlim proqramına müraciətləri qəbul edir.
Təlim məhdud imkanlı icmaların ehtiyaclarına yönəldilmiş icma əsaslı layihələr, sahibkarlara dəstək, vətəndaş cəmiyətinin gücləndirilməsi və ətraf mühit problemlərinin həlli ilə məşğul olan şəxslərin bu istiqamətdə olan bilik və bacarıqlarını inkişaf etdirmək üçün əla fürsətdir.
16 saat davam edəcək təlim sessiyası planlaşdırmadan icra olunmağa qədər layihənin idarə edilməsi prosesinin hərtərəfli icmalını təqdim edəcəkdir. Layihə idarəetmə mütəxəssisləri üçün bütün dünyada tanınan PMBOK® standartlarına əsaslanaraq layihənizin uğur qazanma ehtimalını artırmaq məqsədilə bilik, bacarıq və vasitələr təqdim edəcəkdir. Təlim Azərbaycan dilində aparılacaqdır. Müraciət üçün son tarix 12 martdır.
Proqram haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil ola bilərsiniz.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
The U.S. Embassy in Azerbaijan is delighted to announce a call for applications for the Project Management Training Workshop. The workshop is an outstanding professional development opportunity for individuals engaged in implementing community-based projects, such as those focused on advocacy for disadvantaged groups, empowering entrepreneurs, strengthening civil society, and raising public awareness on environmental issues. The 16-hour training session will provide a comprehensive overview of the project management process, from planning to execution. Based on the PMBOK® Guide — the globally recognized standard for project management professionals — the course will provide you with the knowledge, skills, and tools to enhance the likelihood of success for your project. The training will be conducted in the Azerbaijani language. The deadline for applications is March 12th.
Please follow the link below for more information about the program and eligibility

Bir cavab yazın

Back to top button