Lego Uşaqların İnkişafına Necə Təsir Edir?

UŞAQ İNKİŞAFINA LEGONUN TƏSİRİ NƏDİR?

 

 

Ən məşhur oyuncaq markası olan Lego’nun uşaqların inkişafına verdiyi töhfə çox böyükdür. 1932-ci ildə Danimarkada qurulan Lego, 14 min işçi heyəti ilə dünyada öz sektorunun aparıcı şirkətlərindən biri olaraq qəbul edilir. Keçmiş və ya yeni nəsil olmağımızdan, dəyişən texnologiyaya və yaşayış şəraitinə baxmayaraq, uşaqlığımız üçün tanış olduğumuz ən böyük oyuncaq şirkətlərindən biri: Lego. Lego uşaqların qəlbini o qədər qazandı ki, dünyanın ən böyük markası olan Ferrarini 2015-ci ildə üstələdi.

 

Çoxumuzun istifadə etdiyi Lego, uşaqların inkişafına kömək edirmi?

Onlarca növ, rəng və mövzulara sahib olan legolar, nəzəriyyədən praktika  uyğunlaşdıqca ,uşaq yaradıcılığını inkişaf etdirir. Bir çox hissəni birləşdirərək bir forma yaratmağa çalışan uşaqların istedad və xəyalları üzə çıxır.

 

Yaradıcılığı inkişaf etdirdiyindən hər gün az sayda Lego oyuncağı ilə fərqli şeylər edə bilərsiniz.

Buna görə Lego uşaqların təsəvvürlərini reallığa uyğunlaşdırmaq üçün əla bir fürsətə çevrilir.

Birdən çox uşaqla oynana bildiyi üçün Lego, uşaqların ünsiyyət qabiliyyətini artırır. Beləliklə, uşaqlar daha tez dost ola bilərlər. Uşaqlar ümumiyyətlə eyni fəaliyyət göstərən uşaqlar ilə daha yaxşı anlaşırlar.

Yaşından asılı olmayaraq, bütün yaş qruplarından olan insanlarla oynamaq, ailənin arasındakı əlaqələri gücləndirir. Uşaqla vaxt keçirməkdə çətinlik çəkən hər bir şəxs Lego sayəsində belə bir fürsət tapa bilər.

 

Legonun başqa bir töhfəsi əl-göz koordinasiyasıdır.

Əl-göz koordinasiyası mürəkkəb bir bacarıqdır, çünki əllərimizi gözlərimizin diqqətini çəkən stimula uyğun istiqamətləndirməliyik. Əl-göz koordinasiyasının yaxşılaşdırılması normal uşaq inkişafı və akademik uğur üçün xüsusilə vacibdir.

 

Digər tərəfdən, lego-un kodlanabilir versiyaları uşaqlarımıza kodlaşdırma və alqoritm infrastrukturunu inkişaf etdirməyə və əyləncəli vaxtlarını keçirməyə kömək edir.

Karantin müddətində uşaqlarınızın səmərəli keçirməsi üçün fərqli proqramlarda iştirak edə bilərlər. STEP IT Academy-nin tərəfindən təşkil olunan “Kiçik Kompüter Akademiyası” -da bunlardan biridir. Proqram ilə ətraflı tanış olmaq üçün link-dən keçid edə bilərsinz. itstep.az

Bir cavab yazın

Back to top button