10 Avqust 00:36

Lənkəran və Astara rayonlarına 2 günlük infotur – Layihə (Ödənişsiz)

Layihə haqqında qısa məlumat:“Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən 01 May 2018-ci il tarixindən “Aqroturizmin inkişafı üçün məşğulluğun artırılmasına dəstək” layihəsi icra edilir. Layihə çərçivəsində Lənkəran, Astara və Lerik rayonun kəndlərində (cəmi 6 kənd) aqroturizmin təbliği ilə bağlı məlumatlandırma sessiyaları, Lənkəranda adı yuxarıda göstərilən rayonlardan iştirak edən sahibkarlar üçün “Aqroturizm biznesinin təşkili və idarə edilməsi” mövzusunda 1 günlük seminar təşkil edilmişdir. Aqroturizmin inkişafına dəstək və stimul olaraq 6 nəfər bu sahədə məşğul olmaq istəyən sahibkarlara arı pətəkləri verilmişdir. Növbəti mərhələdə regionun aqroturizm potensialını təbliğ etmək məqsədi ilə infoturun təşkili nəzərdə tutulmuşdur. İnfoturda iştirak etmək üçün müraciət formaları əsasında 18 nəfər ictimai-fəal gənc seçiləcək və onların Lənkəran və Astara rayonlarına 2 günlük infoturu təşkil ediləcək.
Layihənin məqsədi aqroturizm sahəsində əhali arasında maarifləndirmə işi aparmaq və stimullaşdırıcı tədbirlər həyata keçirərək bu istiqamətdə məşğulluğun artırılmasına dəstək olmaqdır.Təşkilatçılar haqqında məlumat:

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən həyata keçirilir. Məlumat üçün bildiririk ki, “Şəfəq” Ekoturizm İctimai Birliyi 05 mart 2005-ci il tarixdə Lənkəran şəhərində təsis edilmiş, 31 may 2005-ci il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Birliyin fəaliyyət dairəsi ölkə ərazisini əhatə edir. Birlik yarandığı gündən etibarən bu günə qədər yerli və xarici təşkilatların dəstəyi ilə Nizamnaməsində qeyd olunan məqsədlərə çatmaq üçün bir çox layihələr həyata keçirmişdir. Təşkilat fəaliyyəti çərçivəsində bir çox Dövlət, özəl, yerli və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir.

İştirakçıların profili:

Azərbaycan Respublikasında yaşayan 18-35 yaşlar arası aşağıdakı kateqoriyalardan olan gənclərə üstünlük veriləcəkdir:
– Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları;
– Turizm müəssisələrində çalışan gənclər;
– Media sahəsində çalışan gənclər;
– Gənclər təşkilatlarının könüllüləri, üzvləri və digər ictimai-fəal gənclər.

Müraciət proseduru və iştirakçıların seçimi:

Təşkilatçılar iştirakçıları onların yuxarıda qeyd olunan kateqoriyalarına və müraciət formasında əks olunan müraciətçinin əsaslandırılmış qeydləri əsasında seçəcəklər. Seçilmiş namizədlərə 20.08.2018-ci il tarixində qəbul olmaları barədə məlumat e-mail ünvanlarına göndəriləcək və lazımi texniki-təşkilati dəstək göstəriləcəkdir. Seçilmiş namizəd hər hansı bir səbəbdən iştirak etməyi mümkün olmadıqda İnfotur başlanma tarixindən ən azı 2 gün əvvəl təcili olaraq təşkilatçılara məlumat verməlidir. Zərurət yarandığı təqdirdə gözləmə siyahısına adları düşən şəxslərlə 24.08.2018-ci il tarixinədək əlaqə saxlanacaqdır.

Müraciətin son tarixi:

Müraciət forması namizəd tərəfindən tam doldurulmalı və “SUBMİT” (Təqdim edin) edilərək online formada elektron ünvanımıza göndərilməlidir. Müraciət forması 16.08.2018-ci il, saat 24:00-dək göndərilməlidir.

İnfotur proqramın keçirilmə tarixi və yeri:

25-26 Avqust 2018-ci il (Şənbə, Bazar) tarixlərini əhatə edəcək. İnfotur iştirakçıların yerləşməsi Lənkəran rayonunda fəaliyyət göstərən “Xanbulan” Turizm İstirahət Mərkəzində https://www.facebook.com/xanbulanturmmc/ təşkil olunacaq.
İstirahət mərkəzində yerləşmək üçün qeydiyyat 25 Avqust 2018-ci il (Şənbə) saat 08:00-dan – 12:30-dək aparılacaq.

İştirakçıların xərcləri:

İnfotur zamanı iştirakçıların QİDALANMA (cəmi 4 dəfə yemək – 25 avqust tarixində nahar və şam yeməyi, 26 avqust tarixində səhər və nahar yeməyi), mehmanxanada YAŞAYIŞ (1 gecə), infoturun təşkili zamanı 2 günlük NƏQLİYYAT xərcləri təşkilatçılar tərəfindən qarşılanır.
Qeyd: İştiraçıların Bakı şəhəri və digər regionlardan gəliş və gediş xərcləri infotur iştirakçıları tərəfindən qarşılanır. Əlavə olaraq arzu edildiyi təqdirdə asudə vaxtın səmərəli keçirilməsi üçün axşam təşkili nəzərdə tutulmuş əyləncəli proqramlarla bağlı ehtiyac yaranan xərclər də iştirakçılar tərəfindən ödənilir.

Əlaqə vasitələri:
“Şəfəq” Ekoturizm İctimai Birliyi
AZ4200, Lənkəran şəh., Z.Əliyeva küç., 124/10
Layihə rəhbəri: Vamiq Babayev
E-mail: [email protected]
Mob.: +994 50 368 30 78;
+994 55 719 20 68

Aqroturizmin təbliği ilə bağlı İNFOTURİnfoturun vaxtı və yeri: 25-26 Avqust 2018, Lənkəran və Astara rayonu
Yerləşmə məkanı: “Xanbulan” Turizm İstirahət Mərkəzi – LənkəranMüraciətin son doldurulma tarixi: 16 Avqust 2018, Saat 24 :00-dək
Nəticələrin elan olunma tarixi: 20 Avqust 2018-ci il

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)