6 İyul 18:51

Lənkəranda gənclər üçün yeni bir layihəyə start verildi

MAGİYA ictimai birliyi Lənkəranda “Məişət zorakılığına qarşı ictimaiyyət arasında profilaktik tədbirlərin təşkili” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 iyul – 01 oktyabr 2018-ci il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 5000 AZN təşkil edir. Layihənin məqsədi məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində gənc jurnalistlərin və digər ictimai fəal gənclərin təlimatlandırılması və onların vasitəsilə ictimaiyyətin geniş maarifləndirilməsindən və məlumatlandırılmasından ibarətdir. Layihə çərçivəsində respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda 10-12 avqust tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Layihədə iştirak etmək istəyən gənclər 31 iyul 2018-ci il, Saat 24.00-adəktəşkilata müvafiq ərizə ilə müraciət edə bilərlər.

Bəyən və paylaş